Rasim Balayev: "Amaliya Pənahovanın ölümü teatr üçün böyük itkidir"

Video açılmırsa, buradan izləyin.

Bu, Azərbaycan teatrı üçün böyük itkidir, xalq artisti Rasim Balayev deyir.

O, xalq artisti Amaliya Pənovanın vəfatından üzüldüyünü bildirib.

Tanınmış aktrisa cümə axşamı 73 yaşında vəfat edib.

"Hərənin özünə görə yeri var. Amaliya Pənahova isə sənətin fədaisi idi. Hamını saat 9-a işə çağırırdılar. O, 9-un yarısında işdə olurdu. O qədər sənətə bağlı adam idi ki", Rasim Balayev əlavə edib.

Xalq artisti ilə vida mərasimi cümə günü saat 11-dən 12:30-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək, nazirliyin mətbuat xidmətindən deyilib.

Fotonun müəllifi Alamy

"Azərbaycan mədəniyyətinin unudulmaz, sonsuz xatirəsi"

"Amaliya Pənahova Azərbaycan mədəniyyətinin unudulmaz, sonsuz xatirəsidir, teatrşünas Aydın Talıbov BBC News Azərbaycancaya deyib.

"İstər teatrda, istər kinoda Amaliya Pənahovanın gördüyü işlər bir-iki rolun adını çəkməklə bitib-tükənmir. O, Azərbaycan aktyor sənətində bir təzahürdür", Aydın Talıbov əlavə edir.

Teatrşüansın sözlərinə görə, mərhum rejissor Tofiq Kazımovun teatra gətirdiyi yenilikləri davam etdirmiş Amaliya Pənahova "yeni tendensiyaların Azərbaycan teatr mədəniyyətində möhkəmlənməsinin səbəbkarlarından biri olub".

Fotonun müəllifi AzerTAC
Image caption Amaliya Pənahova 3 il əvvəl H.Əliyev adına sarayda keçirilmiş 70 illik yubileyində

Amaliya Pənahova kimdir?

Amaliya Əliş qızı Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində doğulub.

1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb.

O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb.

Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb.

Amaliya Pənahova həm də 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş