Britaniya kraliçası II Elizabeth-in Milad mesajı: "Yer üzündə sülh və xeyirxahlığa hər zaman olduğu kimi ehtiyac var"

İngiltərə, kraliça Fotonun müəllifi Getty Images
Image caption Britaniya kraliçası II Elizabeth xalqa təbrik mesajında sülh və xeyirxahlığın əhəmiyyətindən danışıb

Britaniya kraliçası II Elizabeth ənənəvi Milad mesajında deyib ki, "yer üzündə sülh və xeyirxahlığa hər zaman olduğu kimi ehtiyac var".

Kraliça nitqində ölkə və kral ailəsinin həyatında baş verənlərdən bəhs edib.

Ailə

"Evdə, ailəmdə çətin bir il olduğu ortaya çıxdı - iki toy, iki uşaq və tezliklə bir başqası gözlənir. Belə bir vəziyyətdə hər hansı bir nənə nələrlə məşğul olmalıdır", o deyib.

"Biz başqa bayramlar da keçirdik, Uels şahzadəsinin 70 illiyini qeyd etdik", kraliça bildirib.

Bu il şahzadə Eugene uzun müddət münasibətdə olduğu Jack Brooksbanka ərə gedib.

Fotonun müəllifi PA
Image caption Şahzadə Harry və Meghan Markle-ın Windsor qəsrininin Müqəddəs Georg kilsəsində nigah mərasimində

Şübhəsiz ki, ilin kral nikahı şahzadə Harry və Megan Markle üçün olub.

Həm də bu yaz Britaniya kral ailəsinin tarixində ilk eyni cinsli nigah bağlanmışdı. 55 yaşındakı şahzadə Aivar Mountbatten 56 yaşındakı James Coyle ilə evlənmişdi.

Bu il kral ailəsində iki körpə doğulub - Kate və William-ın aprelin 22-də Londonda üçüncü uşağı, şahzadə Louis, iyun ayında şahzadə Çarlzın bacısı şahzadə Anne'nin qızı dünyaya gəlib.

Harry və Megan da oktyabr ayında uşaq gözlədiklərini elan ediblər.

Əbədi fikirlər

Kraliça deyib ki, inanç insanları birləşdirə, ancaq çəkişməyə çevrildikdə, qarşılıqlı ədavətə gətirib çıxara bilər.

"Bəzi mədəniyyətlər uzunömürlü olmağı müdriklik əlaməti sayırlar, düşünürəm ki, bu, həqiqətdir. Bu hikmətin bir hissəsi həyatın təzadlarını anlamaqdır".

Kraliça II Elizabeth çıxışında müxalif fikirli insanların bir-birinə hörmətlə yanaşmasının əhəmiyyətini vurğulayıb.

Onun çıxışı Theresa May-in Britaniyanın Avropa Birliyindən çıxması üçün Brexit planını parlamentə təqdim etdiyi ərəfəyə təsadüf edir.

Ancaq dövlət başçısı olaraq, Kraliça siyasi məsələlərdə neytrallıq göstərir.

Bu barədə daha geniş