TANAP və TAP birləşdirilib

Fotonun müəllifi tanap.com

Azərbaycan qazının Türkiyəyə nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəməri (TANAP) ilə Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayının sahilində qaynaqlanaraq birləşdirilib, xəbəri Türkiyə mediası yayıb.

Məlumatı BBC News Azərbaycancaya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sözçüsü İbrahim Əhmədov təsdiqləyib.

İbrahim Əhmədov deyib ki, bu qaz kəmərlərinin birləşdirilməsi əvvəldən nəzərdə tutulub.

"Kəmərlər bu gün calaşdırılıb. Yekun işlər davam etməkdədir", qurum sözçüsü deyib.

Xəzər dənizi qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya daşımağı əsas götürən şaxələnmiş Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasimi 2014-cü ilin sentyabrında reallaşıb. 3500 km-dən çox uzanaraq yeddi ölkədən keçən layihəyə təxminən 45 milyard dollar sərmayə qoyulub.

Bu barədə daha geniş