İnsanlara xas 16 növ xüsusiyyət və mənaları

mazoxist mizoginist mizantrop obstreperous

İnsanlara xas bəzi xüsusiyyətləri təsvir etmək üçün istifadə olunan sözləri sizə təqdim edirik.

1. İntrovert

İntrovertlər utancaq və azdanışan olurlar. Sosial fəaliyyətlərdən mümkün qədər yayınmağa çalışır və təkbaşına vaxt keçirməyə üstünlük verirlər. İntrovert insanlar xaricə baxmaqdansa, öz düşüncələri və hisslərinə köklənməyə daha meyllidirlər.

2. Ekstrovert

Ekstrovertsinizə, demək ki sosial mənada daha əyləncəli və özündənrazısınız. Şənliyin gözü; işdəki təqdimatı öz boynuna götürən; şam yeməyində ən çox danışan və karaoke gecəsində mikrofonu əlinə ilk alan adətən siz olursunuz.

3. Narssist

Əgər güzgünü əlinizdən yerə qoya bilmirsiniz və xarici görünüşünüzə aşiqsinizsə, o zaman sizi narssist adlandırmaq olar. Sözün kökü yunan mifologiyasına dayanır: sudakı əksinə vurulan Narcissus adlı gəncin adı ilə bağlıdır.

4. Altruist

Özünüzü ikinci plana salıb, başqalarına kömək etməkdən həzz alırsınız? Demək ki altruistsiniz. Altruist eqoistin tam əksidir. Başqalarının rahatlığı üçün özündən keçmək kimi bir məna daşıyır.

5. Mizantropik

Başqa insanlardan xoşunuz gəlmirsə misantropiksiniz. Bu münasibəti sərgiləməkdən də çəkinmirsiniz. Charles Dickens-in yaratdığı Scrooge obrazı əsl misantropikdir.

6. Sadistik

Sadist insan başqalarının narahatlığı, əziyyətləri və alçaldılmasından həzz alır. Qəddar qatilləri sadist adlandırmaq olar.

7. Mazoxistik

Mazoxistlər öz ağrı və əziyyətlərindən ləzzət alırlar. Ultra marafonlarda qaçan dostunu mazoxist kimi təqdim edə bilərsən!

8. Mizoginistik

"Me too" hərəkatı bu sözü unutdurub. Əgər mizoginistsinizsə, sadəcə olaraq qadınları bəyənmir, onlara nifrət edir və qərəzli münasibət bəsləyirsiniz.

9. Fleqmatik

Fleqmatik şəxslər həssas olmurlar və asanlıqla həyəcanlanmırlar. Təhlükəli və qorxulu vəziyyətlərdə onlar sakit qalmağı bacarırlar. Bu söz, qədim yunan həkimi Hippokratın Dörd Əhval nəzəriyyəsindən yaranıb. O, insanın əhvalının bədəndəki dörd fərqli mayenin balansından asılı olduğuna və həmin mayelərin hər birinin müxtəlif temperamentlə bağlılığına inanırdı. Fleqma (bəlğəm) nə qədər çox olarsa, insan bir o qədər sakit və təmkinli olar!

10. Melanxolik

Bu da Hippokratın dörd temperamentindən biridir və "qara səfra" tərəfindən idarə olunur. Müasir elm bunu qəbul etməsə də, sifətin mənası eyni qalmaqdadır. Melanxolik insan həm özünü kədərli hiss edir, həm də bu cür davranır.

11. Jokos

Jokos isə yaxşı əhvalda olan birini ifadə etmək üçün istifadə edilən sifətdir. Əgər jokossunuszsa şən, zarafatcıl və gülməyi sevən birisiniz.

12. Obstreperus

Obstreperus insanlar normal davranışdan imtina edir və bunu ucadan bəyan edirlər. Onlar səs-küylü və çətin idarə olunan xarakterə malikdirlər. Sözə qulaq asmayan uşaqları müəllimlər obstreperus kimi təsvir edə bilərlər.

13. Perspişos

Baş verənləri sezmək, anlamaq və doğru mühakimə etməkdə cəldsinizmi? O zaman siz perspişos xarakterə sahibsiniz. İnsanların və vəziyyətlərin əsl üzünü müəyyənləşdirməkdə son dərəcə mahirsiniz.

14. İndefatigable

Bu söz, nəyəsə nail olmaq üçün məqsədyönlü və enerjili insanları təsvir edir. Belələri məğlubiyyəti də qəbul etməyə meylli olmurlar. Onlar gördükləri işdən heç vaxt bezmirlər.

15. Nevrotik

Bu kəlməni isə adi şeylər üçün belə qorxu və narahatlıq keçirən insanlar üçün istifadə edirlər.

16. Çılğın

Əgər asanlıqla əsəbiləşən və adicə bir səsdən sinirlənən təbiətə maliksinizsə, özünüzü çılğın adlandıra bilərsiniz. Bu sizin kəmhövsələ, həssas və kövrək biri olduğunuz mənasına gəlir.

Bu barədə daha geniş