Hər gün liftdən istifadə üçün dama çıxan Bakı sakinləri

Video açılmırsa, birbaşa YouTube-da izləyin.

Nərimanov rayonu, Aşıq Alı küçəsindəki 9 mərtəbəli binada yaşayanlar liftdən gileylidirlər.

Yuxarı mərtəbədə yaşayan sakinlər aşağı düşmək üçün, binanın damına çıxaraq digər blokların liftlərini yoxlamağa məcbur qalırlar.

Sakinlər deyir ki, nə qədər şikayət etsələr də, kömək edən yoxdur. Mütəxəssislər deyir ki, bir liftin istismar müddəti 25 ildir.

Sənədlərə əsasən, Aşıq Alı 3 ünvanındakı binadakı lift 1983-cü ildə, yəni 35 il əvvəl istismara verilib.

Nərimanov Rayon Lift İdarəsi deyir ki, liftlər "ardıcıllıqla dəyişdiriləcək". Ancaq onlar dəqiq tarix söyləmirlər.

Sakinlərin liftlə səyahətini izləyin.

Bu barədə daha geniş