Yeni ildə Bakıya yağış, bölgələrə qar proqnozu

rayonlar, qarlı hava Fotonun müəllifi EMİL QAZİYEV

Dekabrın 31-də bəzi bölgələrdə qar yağacaq.

Milli Hidrometeorologiya Departamentinin proqnozu belədir.

Yeni il gecəsi qarlı hava şəraiti Naxçıvan Muxtar Respublikasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Quba, Qusar, Şahdağ, Lerik, Yardımlı rayonlarında gözlənir.

Bu bölgələrdə havanın temperaturu 0-5 dərəcə şaxta, bəzi yerlərdə 8-13 dərəcə şaxta təşkil edəcək.

Dekabrın 31-i axşam və yanvarın 1-də dağlıq və dağətəyi rayonlarında yollar buz bağlayacaq.

Buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürücüləri diqqətli olmağa çağırıb.

Bakıda və Abşeron yarımadasında isə arabir yağış yağacağı gözlənir. Mülayim şimal küləyi əsəcək. Temperatur 3-5 dərəcə olacaq.

Bu barədə daha geniş