Mehman Hüseynov kimdir?

Video açılmasa, buradan izləyin.

Həbsdə olan bloqçu Mehman Hüseynov 12 gündür ki, aclıq aksiyası keçirir, vəkilləri və yaxınları onun vəziyyətinin pisləşdiyini deyirlər.

Penitensiar Xidmət isə bu iddiaları təkzib edir və bildirir ki, Mehman Hüseynov aclıq aksiyasını "çoxdan dayandırıb" və onun səhhətində heç bir ciddi problem yoxdur.

Azadlığa buraxılmasına iki ay qalmış Mehman Hüseynov həbsxana işçisinə xəsarət yetirməkdə təqsirləndirilib, onun özü isə vəkilləri vasitəsilə bu ittihamı "böhtan" adlandıraraq, aclıq aksiyasına başladığını elan edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş