Bakıda külək səngiyir

Paytaxtda hava pisləşir qar yağacaq sulu qar yağacaq

Ölkə ərazisində yağıntının gündüz saatlarından tədricən kəsiləcəyi, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BBC News Azərbaycancaya verilən məlumata görə, gün ərzində paytaxtda 2-4, bölgələrdə 4-7 dərəcə isti, dağlıq ərazilərdə isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Azərbaycanda cümə axşamı günündən başlayan güclü külək nəticəsində Bakıda 5 nəfər xəsarət alıb, Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən BBC News Azərbaycancaya verilən məlumata görə, xəstəxanaya müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb. bir nəfər isə xəstəxanada müalicəsini davam etdirir:

"Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatına təhlükə yoxdur".

Cümə axşamı Bakıda küləyin sürəti və dənizdə dalğanın yüksəkliyi axşama doğru artmışdı, Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Gülşad Məmmədova cümə axşamı günü BBC News Azərbaycancaya bildirib.

Güclü küləyə görə ölkənin bütün ali, orta və məktəbəqədər təhsil müəssisələrində iki günlük tətil elan edilmişdi.

Bu barədə daha geniş