Azərbaycan: Qara Yanvar hadisələrinin 29-cu ildönümü qeyd olunur

Video açılmırsa, YouTube-dan izləyin.

Azərbaycanda Qara Yanvar hadisələrinin 29-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir.

1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun bölmələri Bakı şəhərinə yeridilmişdir.

Rəsmi mənbələrə əsasən, faciə zamanı 137 insan həlak olmuş, yüzlərlə adam yaralanmışdır.

Fotonun müəllifi PRESIDENT.AZ

1990-cı ildə ölənlərin xatirəsi Bakıda hər il yanvarın 20-də Şəhidlər Xiyabanında anılır.

Bu gün Bakı vaxtı ilə saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar ölkə ərazisində nəqliyyat vasitələri və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb.

Azərbaycanda 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Bu barədə daha geniş