Təkbaşına piket keçirən Rəfael Hüseynzadəyə 30 sutka həbs verildiyi bildirilir

Rəfael Hüseynzadə Fotonun müəllifi MEYDAN.TV
Image caption Rəfael Hüseynzadə şəhərin mərkəzində tək adamlıq piket keçirib

20 yaşlı fəal Rəfael Hüseynzadənin atası oğluna 30 sutka həbs verildiyi bildirilib.

BBC News Azərbaycancaya danışan atası Füzuli Hüseynzadə deyib ki, "oğlu son dəfə şəhərin mərkəzində fərdi piket keçirib, siyasi məhbuslara azadlıq tələb edib".

O deyib ki, Binəqədi təcridxanasında olasa da oğlu ilə görüşə icazə verməyiblər.

"Rəfael Hüseynzadəyə polisin qanuni tələblərinə məhəl qoymamaq maddəsi ilə 30 sutka həbs veriblər və Binəqədi təcridxanasında saxlanılır. Sabah vəkili Cavad Cavadov onunla görüşəcək",- Məhbus Ailələrinin Koordinasiya Mərkəzinin kordinatoru Zəfər Əhmədov BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, Rəfael Hüseynzadəyə bu gün geyim və bir neçə əşya göndərilib.

Rəfael Hüseynzadənin atası Füzuli Hüseynzadə bildirib ki, üç gün o oğlu haqqında heç bir məlumata sahib olmayıb.

Həmçinin bax:

Mehman, Qarabağ və Venesuela hadisələri, Altay Göyüşovun təqdimatında

Bu barədə daha geniş