Papa Francis Birləşmiş Ərəb Əmirliyinə tarixi səfərdədir

Roma papası Fotonun müəllifi Reuters

Roma Papasının Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) səfəri Ərəbistan yarımadasına ilk papa səfəridir.

Abu Dhabi-yə enən Papanı şahzadə Şeyx Mohammed bin Zayed al-Nahyan qarşılayıb.

Papanın dinlərarası konfransda və çərşənbə axşamı 120 min adamın qatıldığı tədbirdə iştirak edəcəyi gözlənilir.

Papa BƏƏ-nin əlaqəsi olduğu Yəmən müharibəsi haqqında narahatlığını dilə gətirib.

O, Yəməndəki münaqişənin uzunluğundan və uşaqların ac qalmasından danışıb.

"O uşaqların və valideynlərin gözyaşları Allaha çatır", - o deyib.

BƏƏ Yəmən müharibəsində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın tərkibində iştirak edir.

BƏƏ-də çoxu filippinli və hindistanlı olmaqla bir milyona yaxın Roma katoliki yaşayır.

Onlardan biri AFP agentliyinə deyib ki, Papanın səfəri "bütün dünyanın eşitməyə ehtiyacı olduğu tolerantlıq müzakirələrinə qapı açır".

Bu barədə daha geniş