Faktları yoxlayırıq: Qarabağ münaqişəsi AXC-Müsavat cütlüyünün "ağır mirası"dırmı?

İlham Əliyevin müsahibəsi Fotonun müəllifi President.az

Prezident İlham Əliyev Mirşahinə verdiyi müsahibəsində deyib ki, "AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olub". Bəs Prezident Əliyev haqlıdırmı? BBC News Azərbaycanca faktları araşdırıb.

Cənab Əliyev bu həftə Real internet televiziyasında Mirşahinə verdiyi müsahibəsində deyib ki, "xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olub".

İlham Əliyev deyib ki, "çevriliş ərəfəsində Şuşa, Laçın işğal altına düşüb, bir ildən sonra - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal edilib və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaranıb".

Prezident hesab edir ki, buna görə də Dağlıq Qarabağ münaqişəsi və torpaqların işğalı, bir milyondan artıq qaçqın, köçkünün "ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır".

Bəs...

Dağlıq Qarabağ münaqişəsi AXC-Müsavat hakimiyyəti dövründə hansı mərhələdə olub?

Torpaqların işğalı və bir milyon insanın qaçqın və köçkün düşməsi nə vaxt, hansı prezidentin hakimiyyəti dövründə baş verib?

Bunu araşdırmaq üçün BBC News Azərbaycanca Qarabağ münaqişəsinin inkişaf mərhələlərinə və torpaqların işğalı nəticəsində qaçqın düşənlərin illər üzrə statistikasına nəzər yetirib.

Fotonun müəllifi qmkdk.gov.az
Image caption Qarabağ münaqişəsi başlayandan sonra yüz minlərlə adam öz yurdundan qaçqın düşdü.

Dağlıq Qarabağ münaqişəsinin tarixi

Dağlıq Qarabağ münaqişəsinin başlamasının ilkin təzahürləri AXC hakimiyyətə gəlməzdən təxminən 4-5 il əvvələ gedib çıxır.

1987-ci ildə Ermənistan rəhbərliyi, ziyalı elitasında təmsil olunanlar Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSRİ-nin tərkibindən çıxarılmasını daha yüksəkdən səsləndirməyə başladılar.

Dağlıq Qarabağ və Ermənistanda muxtar vilayət statusunun dəyişdirilməsi üçün 75 minə yaxın imza toplanmışdı. 1987-ci il dekabrın 1-də yazıçı Zori Balayan başda olmaqla heyət Dağlıq Qarabağın tarixi və müasir durumuna dair imzalar atılmış vərəqələr və 84 sənədi görüş zamanı Politbüro üzvlüyünə namizəd Petr Demiçevə təqdim etmişdi.

1988-ci ilin fevralında o vaxt Stepanakert adlanan Xankəndində və Yerevanda bu tələbin eşidildiyi mitinqlər başladı.

Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.

Azərbaycanlı deputatlar səsverməyə qatılmadılar.

Azərbaycan SSR rəhbərliyi bu təklifə sərt reaksiya verdikdən sonra Sovet rəhbərliyi "mövcud ərazi-milli quruluşun yenidən baxılmasına yönəlmiş tələb və hərəkətlər Azərbaycan və Ermənistan SSR zəhmətkeşlərinin maraqlarına ziddir və millətlərarası münasibətlərə zərər vurur" arqumenti ilə bu tələbi rədd etdi.

Bundan sonra Əsgəran rayonunda iki azərbaycanlı gənc qətlə yetirildi və Sumqayıtda bir neçə erməni öldürüldü.

Fotonun müəllifi Azertag
Image caption 1988-ci ilin payızında Dağlıq Qarabağda Topxana meşəsinin qırılması Azərbaycan SSRİ-nin paytaxtı Bakıda etirazlara səbəb oldu və noyabrın 16-da minlərlə insan o zaman Lenin, sonradan isə Azadlıq adlanan Meydan hərəkatı başladı.

1988-ci ilin payızında Dağlıq Qarabağda Topxana meşəsinin qırılması Azərbaycan SSR-nin paytaxtı Bakıda etirazlara səbəb oldu və noyabrın 16-da minlərlə insan o zaman Lenin, sonradan isə Azadlıq adlanan meydanda xalq hərəkatı başladı.

Həmin vaxt da xalq fəalları Azərbaycan Xalq Cəbhəsi adı altında təşkilatlanmağa başlayır.

Ermənistanda yaşayan azərbaycanlılar da 1988-ci ildə oranı tərk etməyə məcbur qaldılar.

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin başlanması və ya bu münaqişəni elə beşiyindəcə boğmaq imkanı, Azərbaycanda o vaxt yenicə təşkilatlanan AXC üçün çətin idi və sonrakı siyasi proseslər də 20 yanvar qırğınına, Dağlıq Qarabağ münaqişəsinin müharibə fazasına keçməyinə səbəb oldu.

Fotonun müəllifi qmkdk.gov.az

Hansı hakimiyyətin dövründə hara işğal edilib?

1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən 15 respublikadan bəziləri üçün bu, asan başa gəlmədi.

Azərbaycan artıq bir neçə ildir ki, qonşu respublika ilə qanlı-qadalı müharibəyə sürüklənirdi və SSRİ-nin dağılmasından sonra Dağlıq Qarabağ Muxtar Vilayəti özünün müstəqilliyini elan etdi.

1992-ci ilin əvvəllərində Xankəndi ətrafında yerləşən və azərbaycanlıların yaşadığı Kərgicahan, Xocalı, Qaradağlı, Meşəli kəndlərinə hücumlar olur, Xocalı faciəsi yaşanır. Bundan bir neçə ay sonra Şuşa, ardınca Laçın işğal edildi.

Xocalı faciəsi həmin dövrdə prezident olan Ayaz Mütəllibovun hakimiyyətini süquta uğradır.

Şuşanın işğalı zamanı isə prezident vəzifəsini Ali Sovetin sədri Yaqub Məmmədov icra edirdi.

1989-cu ildə Şuşanın azərbaycanlı əhalisi 20 mindən çox olub.

Laçının işğalı nəticəsində 59 minə yaxın adam qaçqın düşüb.

Fotonun müəllifi VT FREEZE FRAME
Image caption 1992-ci ildə hakimiyyətə AXC hərəkatının lideri Əbülfəz Elçibəy gəlib

1992-ci ildə hakimiyyətə AXC hərəkatının lideri Əbülfəz Elçibəy gəlib.

Bir ildən çox çəkən AXC hakimiyyəti dövründə Kəlbəcər rayonu işğal edilib, 66 mindən çox adam qaçqın düşüb.

Fotonun müəllifi Azertag
Image caption 1993-cü ildə hakimiyyətə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyev gəlir və Azərbaycan Ali Sovetinin sədri seçilir. Bundan az sonra isə o, Ali Sovetin qərarı ilə Azərbaycanın prezidenti səlahiyyətlərini icra etməyə başlayır.

1993-cü ildə hakimiyyətə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyev gəlir və Azərbaycan Ali Sovetinin sədri seçilir. Bundan az sonra isə o, Ali Sovetin qərarı ilə Azərbaycanın prezidenti səlahiyyətlərini icra etməyə başlayır.

Həmin ilin oktyabrında keçirilən prezident seçkisində Heydər Əliyev prezident seçirilir.

1993-cü ilin iyulundan sonra Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal edildi.

Ağdam rayonu işğal ediləndən sonra onun qaçqın düşən əhalisinin sayı 100 mindən çox olub.

İşğal vaxtı Qubadlı, Cəbrayıl, Zəngilan və Füzulidə 209 mindən çox adam qeydiyyatda olub.

Bu barədə daha geniş