İlham Əliyev əvvəl və indi

Video açılmasa, YouTube-da izləyin.

Prezident İlham Əliyev əvvəllər də bölgələrə tez-tez səfər edirdi. O zamanlar prezidentin görüşdüyü yerli ictimaiyyət nümayəndələri daha çox büdcə təşkilatlarında işləyənlər olurdu.

Görünür prezident anlayıb... İlham Əliyev niyə müsahibə verdi?

Son səfərində isə İlham Əliyev daha çox sadə camaatla görüşməyə, onları dinləməyə üstünlük verib.

İlham Əliyev Azərbaycan mediasına son dəfə geniş müsahibəsini 2010-cu ildə İstanbulda verib.

Bundan sonra o, yalnız xarici mediaya danışıb.

Onun prezidentliyi dövründə Azadlıq Radiosu, APA agentliyi, ANS televiziyası bağlanıb, Azadlıq qəzetinin, Azadlıq Radiosunun, Meydan TV-nin saytları bloklanıb.

İlham Əliyev dəfələrlə hərbi hissələrin açılışında olub, hərbçilərlə görüşüb. Amma ilk dəfədir ki, o, əsgərlərlə bir süfrəni bölüşür.

Prezidentin əvvəlki bölgə səfərlərinə xüsusi hazırlıq görülürdü, hətta taxıl zəmisinə belə asfalt salınmşdı. Amma Şamaxıda fevralda baş vermiş zəlzələdən zərərçəkənlərlə görüşərkən prezident real mənzərəylə üz-üzə qalıb.

Təhlilçilər prezidentin hərəkətlərindəki dəyişikləri ölkədə artan sosial narazılqla əlaqələndirir.

Fotonun müəllifi President.az

Bu barədə daha geniş