"Əsas ərzaqdır, ərzaq çox bahadır"- sosial yardıma möhtac tovuzlular

Video açılmırsa, YouTube-dan izləyin.

Tovuzun Aşağı Mülkülü kəndinin sakini Rövşən Məmmədov ailəsini dolandırmaqda çətinlik çəkir. O, daimi iş yerinin olmamasından şikayətçidir.

Ailə əvvəllər sosial yardım alsa da, indi ala bilmir.

Kəndin digər sakini Töhfə Mustafayeva rayondakı iş imkanlarının azlığından gileylidir.

Onlar Özünüməşğulluq Dövlət Proqramından yararlanmaq istəsələr də, şərtləri buna imkan vermir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlardan ünvanlı sosial yardım alma prosesində pul istənilməsi faktlarını təkzib edir.

Özünüməşğulluq Dövlət proqramına qoşulmaq istəyən şəxs bəzi şərtlərə cavab verməlidir, nazirlik deyir.

Məsələn, mal-qara istəyirsə, ən azı tövləsi olmalıdır.

Həmçinin bax

Bu barədə daha geniş