Səhiyyə Nazirliyi: "Sumqayıtdakı avtobus qəzasında ölümcül xəsarət alan yoxdur"

Avtobus Fotonun müəllifi Report.az

Sumaqayıtdakı avtobus qəzasında ölümcül xəsarət alan yoxdur. Səhiyyə Nazirliyinin məlumatına görə, qəzada xəsarət alan 19 nəfərdən altısı reanimasiyada müalicə olunur.

Qəzada müxtəlif xəsarətlər almış dörd nəfər xəstəxananın neyro-cərrrahiyə, digərləri isə travmatologiya şöbəsində müalicə olunurlar.

"Qəzada xəsarət alanların vəziyyəti orta ağırlıqda qiymətləndirilir",- Səhiyyə Nazirliyi deyib.

Sumqayıt İcra Hakmiyyətindən BBC News Azərbaycancaya bildirilib ki, sürücü də yüngül xəsarət alıb. İcra Hakimiyyətinin mətbuat xidmətinin açıqlamasına görə, qəzada yüngül xəsarət alanlar evə buraxılıb.

Qurumdan o da deyilib ki, qəzanın ilkin nəticələri barədə araşdırmalar aparılır.

Çərşənbə axşamı günü Sumqayıtda sərnişin avtobusu qəzaya uğrayıb, nəticədə 30-dan çox adam yaralanıb.

Hadisə Sumqayıt şəhəri - Hacı Zeynalabdin qəsəbəsi marşrutunda baş verib. Bu marşrut üzrə hərəkət edən 30 saylı sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Bu barədə daha geniş