Rusiya: aerodromda yaşayan ayı üçün ianə kampaniyası

Mansur Fotonun müəllifi YouTube/Mansur the Bear
Image caption Mansur adlı ayı körpəlik yaşlarından təyyarədə vaxt keçirməyi xoşlayır.

Rusiyada özəl aerodromun işçiləri anasız qalmış ayı balasının saxlanması xərclərini qarşılamaq üçün internet vasitəsilə ianə toplanışı kampaniyasına başlayıblar.

Mansur adlı ayı həmin aerodromda üçüncü ildir ki, yaşayır və artıq böyük heyvana çevrildiyindən ona qayğı göstərilməsinin xərclərini aerodrom işçiləri təkbaşına ödəyə bimirlər.

Nadir təyyarə modellərinin bərpası ilə məşğul olan aerodrom işçiləri anasız qalmış ayı balasını Moskvadan şimal-qərbdə, Tver vilayətində, aerdrom ərazisində aşkar edib ona baxmağa başlayıblar, Rusiyanın Komsomolskaya Pravda qəzeti yazıb.

Ayı böyüdükcə, ona baxmaq və qulluq etmək çətinləşib, meşəyə buraxmaq isə mürəkkəbləşib, çünki ayı artıq insan qayğısına öyrəşib.

Mansur adlı ayı aerodormda pilotlardan birinin husky cinsli itilə də dostlaşıb.

Qonşuluqdakı Kaluqa vilayətinin Oreşkovo aerodromunun işçiləri köməyə gələrək Mansur ayının qalması üçün daha geniş yer təklif ediblər.

Odur ki, Mansurun hazırda öz hini var, ona işçilər və könüllülər baxır, qonşu meşədə isə ayının təhlükəsiz gəzintisi üçün üçün müəyyən bir sahə də hasarlanıb.

Oreşkovoda yerləşdikdən sonra Mansur ayı həm yerli camaat arasında həm də intenet şəbəkələrində məşhurlaşıb.

Aerodrom işçiləri Komsomolskaya Pravda qəzetinə bildirblər ki, Mansurun yemək, qulluq və yerinin təmizlənməsi və abadlaşdırılması kim i digər növ aylıq qayğı xərcləri təxminən 30000 rubl ($452) təşkil edir.

Mansur ayıya atalıq qayğısı göstərən pilot Andrey Ivanov ümid etdiyini bildirib ki, Mansurun Instagram səhifəsinin izləyicilərinin köməyilə ayının saxlanmasına lazım olan vəsaiti toplamaq mümükün olacaq.

Belə ki, ayını canlı yayımda izləmək üçün YouTube-da kanal açılıb.

Fotonun müəllifi Instagram/mansurebear
Image caption Andrey İvanov Mansur adlı ayı üçün ata kimi qayğı göstərir.

Andrey bildirb ki, YouTube-da canlı yayım səhifəsi yaradıldıqdan sonra həmin kanala bir neçə gün ərzində 18000 izləyici abunə olub.

İzləyicilər ianələri populyar DonationAlerts saytı vasitəsilə də edə bilərlər, Yelena Inozharskaya Komsomolskaya Pravda qəzetinə bildirb.

Yelena qeyd edib ki, DonationAlerts saytında ayı üçün ilk dəfədir ki, belə kampaniya keçirilir.

"Adətən bizim müştərilər kompüter oyunları, yemək hazırlamaq, rəssamlıq, rəqs və səyahət mövzularında bloqçular olur. Lakin biz ayı üçün də pul toplamağa kömək etməyə hazırıq", - o deyib.

Hazırda isə isti aylara hazırlıq çərçivəsində qarşıda duran əsas məsələ Mansur ayı üçün hovuz qurmaqdır.

Fotonun müəllifi YouTube/Andrei Ivanov
Image caption Mansur üçün hovuz qurmaq indi əsas məsələlərdən biridir.

Bu barədə daha geniş