Bu gün Xocalıda kimlər yaşayır?

Video açılmırsa, buradan izləyin.

Dağlıq Qarabağ şəhəri Xocalıda sakinlərinin kütləvi şəkildə öldürülməsindən 20 il sonra Xocalıda kimlər yaşayır və nə ilə məşğul olur?

Bu gün Xocalı qətliamından 27 il keçir, bu videonu isə biz 2012-ci ildə hazırlamışıq - Dağlıq Qarabağa ezam edilmiş müxbirimiz Xocalıya baş çəkib, əhali ilə söhbət edib.

Yolun təsvirindən başlayan reportajda deyilir ki, İvanyan adlanan yol nişanələrinə rəğmən yeni ada öyrəşməyən yerli əhali söhbət zamanı buranı əvvəlki kimi Xocalı adlandırır.

Qarabağın Xocalı kəndində törədilən qırğınlar Ermənistan və Azərbaycan arasında ərazi münaqişəsinin ən qanlı epizodu kimi yadda qalıb.

1992-ci ilin fevral ayında ermənilərin hücumundan qaçmağa çalışan 613 dinc azərbaycanlı Xocalıda kütləvi öldürülüb.

Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi nəticəsində minlərlə insan qaçqın düşüb və həyatını itirib.

BBC Azərbaycanca müxbiri Aleksey Manvelyan filmi 2012-ci ildə çəkib.

Bu barədə daha geniş