10 min dollara qədər problemli krediti olanlarla bağlı qərar

dollar

Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərman verib.

10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət büdcəsi hesabına ödəniləcək.

Həmin il fevralın 21-də uzun müddət 78 qəpik olan bir dollar 1.05 qəpiyə qalxdı. Dekabrda isə 1 dollar 1.55 qəpik olmuşdu. Sonradan 1 manat 90 qəpiyə yüksələn dollar hazırda 1 manat 70 qəpikdir və bu məzənnə son iki ildə dəyişməyib.

Dollar Azərbaycanda bu arada bir müddət 1 manat 90 qəpiyə yüksəlsə də, son illər məzənnə sabit qalır. Hazırda 1 dollar 1 manat 70 qəpikdir

Fərmanda deyilir ki, ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri 15 gün ərzində müəyyən etməlidir.

Fərmanda deyilir ki, fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 (beş min) ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

Banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyə olunur.

Eyni zamanda bankların fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizləri silməsi, məhkəmədə olan işləri geri çağrılmasını tövsiyə edilib, fərmanda deyilir.

Mərkəzi Bankın ötən ilki statistikasına əsasən, ölkədə problemli kreditlərin həcmi 1 milyard 500 milyon manatdan çoxdur.

İlham Əliyev həftənin bazar ertəsi keçirdiyi müşavirədə bildirmişdi ki, hökumət "böyük sosial paket" üzərində işləyir və bu proqramın 500 mindən çox adamı əhatə edəcək.

"Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq", prezident əlavə etmişdi.

Bu barədə daha geniş