Bakıda yataqxanada yanğın: ölən və xəsarət alanlar var

FHN yanğınsöndürmə

Çərşənbə axşamı gecə saatlarında Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, 42 nəfər binadan təxliyyə olunub.

Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, yanğından sonra təcili tibbi yardım xidmətinə 22 nəfər müraciət edib. Onlardan 8-nə yerində yardım edilib, 14-ü isə Toksikologiya Mərkəzinə aparılıb. Ümumilikdə 5 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində yardım göstərilərək evə buraxılıb.

Nazirlikdən bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam edir, vəziyyətləri orta ağırdır, həyati təhlükələri yoxdur.

Yataqxana Azərbaycan İncəsənət Universitetinin balansında olub və hazırda binada Ağdam rayonundan olan məcburi köçkünlər məskunlaşıb.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş