Qiyas İbrahimov: "Mübarizə davam edir"

Video açılmırsa buradan izləyin.

Prezident İlham Əliyevin Novruz bayramı qabağı imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında "heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimov da var.

NİDA hərəkatının üzvü Qiyas İbrahimov və bu əfv sərəncamıyla azadlığa çıxan Bayram Məmmədov 2016-cı il mayın 10-u gecə saatlarında mərhum prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar.

İctimai fəallar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunublar.

Qiyas İbrahimov və Bayram Məmmədova 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Onlar bu ittihamları rədd edirlər və həbslərini mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazmaları ilə izah ediblər.

Rəsmilər onların "konkret cinayət əməlinə görə" həbs edildiyini bildirib.

Image caption Qiyas İbrahimov:"Həbsdən siyasi və vicdan məhbusları tam azad olunmayıbsa mübarizə davam edir"

Həmçinin bax:

Bu barədə daha geniş