Əli İnsanov: "Mən artıq inanmışdım ki, ömrümün sonuna qədər burda qalacağam"

Video açılmırsa, buradan izləyin.

Keçmiş səhiyyə naziri, 14 ildir ki, həbsdə olan Əli İnsanov şənbə günü verilən əfv sərəncamı ilə azadlığa çıxıb.

BBC News Azərbaycancaya müsahibəsində Əli İnsanov azadlığa çıxacağını gözləmədiyini, ömürlük həbsdə qalacağını düşündüyünü deyib.

O, əfv edilməsinin səbəbini ABŞ-ın, Qərb ölkələrinin, Avropanın səyində gördüyünü bildirib.

Əli İnsanov yaxın günlərdə mətbuat konfransı keçirərək jurnalistləri maraqlandıran suallara cavab verəcəyini bildirib.

Prezident İlham Əliyev şənbə günü əfv sərəncamı imzalayıb və "siyasi məhbus" kimi tanınan onlarla şəxs azadlığa çıxıb.

Millət vəkili Aydın Mirzəzadə BBC News Azərbaycancaya bildirib ki, prezident İlham Əliyev üçün "kiminsə siyasi mənsubiyyəti, kiminsə hansısa siyahıda olub-olmaması" əhəmiyyət daşımayıb və törətdiyi əməldən peşmançılıq çəkən, cəmiyyət üçün artıq təhlükəli olmayan məhbuslar əfv komissiyasının süzgəcindən keçərək azadlığa buraxılıblar.

Image caption Əli İnsanov

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə, parlament seçkilərindən öncə həbs olunub. O, əvvəlcə dövlət çevrilişində ittiham edilib, lakin iki il sonra o, iqtisadi cinayətlərdə suçlandırılıb.

11 il azadlıqdan məhrum edilən Əli İnsanov cəzasının bitməsinə az qalmış ona yenidən ittiham irəli sürülüb və məhkəmə qərarı ilə Əli İnsanov daha 7 il həbs cəzası alıb.

Sabiq nazir heç bir ittihamı qəbul etməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş