Sumqayıt metaləritmə zavodu: ölümlə nəticələnən partlayışın səbəbi bəlli olub

Sumqayıtda partlayış Metaləritmə zavodunda partlayış, bir ölü Fotonun müəllifi stp.az
Image caption Metaləritmə zavodunda iş prosesi

Sumqayıtda ötən həftənin cümə günü "STP-3 Metaləritmə" zavodunun poladəritmə sexində baş vermiş partlayışın səbəbi bəlli olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov BBC News Azərbaycancaya deyib ki, partlayış metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində baş verib.

Cənab Sultanov bildirib ki, hadisə nəticəsində fəhlələrdən dördü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan biri aldığı xəsarətlərdən martın 27-də müalicə olunduğu xəstəxanada vəfat edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BBC News Azərbaycancaya deyib ki, digər xəsarət almış fəhlələr artıq evə buraxılıblar.

Baş Prokurorluğun məlumatına görə, hadisə ilə bağlı "əmək mühafizəsi qaydalarını pozma (ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)" maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı istintaq davam etdir.

Bu barədə daha geniş