Azərbaycan məhkumların sayına görə Avropada üçüncüdür

Həbsxana Fotonun müəllifi Getty Images

Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında məhkumların sayına görə üçüncü yerdədir.

Avropa Şurasının "2018-ci ildə Avropada həbsxanalar və məhkumlar" adlı hesabatında bu barədə məlumat dərc olunub.

Məlumata görə, Azərbaycanda hər on min nəfərə 235 məhbus düşür.

Bu göstərici ilə Azərbaycan Rusiya Federasiyası və Gürcüstandan geri qalır.

Avropa dövlətlərindən Litva az fərqlə Azərbaycana yaxın nəticə göstərib. Avropa ölkələrinin hər 100 min nəfərə orta göstəricisi 123-dür.

Fotonun müəllifi COE
Image caption Azərbaycan məhkumların sayına görə Avropa üçüncüsüdür

Azərbaycan narkotik maddələrə görə məhkum olunanların göstəricisinə görə isə 6-cı yerdədir.

Siyahıya görə, Azərbaycanda məhkumların 28,1 faizi narkotik maddələrə görə məhkum olunub.

Hesabatda yer alan xəbərə görə, həbsxananın sıxlığına görə Azərbaycanın nəticələri Avropa Şurası ölkələrinin orta göstəricisinə yaxındır.

2017-ci ildə həbs cəzasının orta müddətinə görə Azərbaycan 37.7 ay nəticə ilə qurumun hesabatında birincidir.

Bu göstərici üzrə Avropanın orta nəticəsi 11.3 ay olub.

Hesabatın ümumi nəticələrinə görə, 2016-2018-ci illərdə Avropada ümumi həbs göstəricisi 6,6 faiz azalıb.

Rumıniya, Bolqarıstan, Norveç, Finlandiya kimi həbslərin ən çox azaldığı ölkələr sırasında qonşu Ermənistan da var.

Araşdırmada Avropa Şurasına üzv olan 44 ölkənin nəticələri qarşılaşdırılıb.

Azərbaycan 18 ildir ki Avropa Şurasının üzvüdür.

Bu barədə daha geniş