Dağlıq Qarabağ: Sülh prosesinə mane olan nədir?

İlham Əliyev və Nikol Paşinyan Fotonun müəllifi Azerbaijani Presidency /AA/Getty
Image caption Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar martın 29-da keçirilib.

Martın 29-də Vyanada keçirilən rəsmi görüşdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh prosesi ətrafında fikir mübadiləsi aparıblar, - Dağlıq Qarabağ danışıqların yekunlarını şərh edən Chatham House Kral araşdırma mərkəzinin təhlilində deyilir.

"Ermənistan və Azərbaycan: Liderlərin münasibətləri dərinləşən Sülh prosesini əvəz edə bilməz" (Armenia and Azerbaijan: Leadership Rapport Is No Substitute for a Deepened Peace Process) başlıqlı yazıda qeyd olunur ki, Vyana görüşündən əvvəl tərəflər xalqların sülhə hazırlanmasına razılaşıblar.

Məqalənin müəllfi Lorens Broers-ə əsasən Azərbaycanla Ermənistan arasındakı hazırkı sülh prosesin mahiyyətini danışıqların 3 müzakirə planı izah edə bilər.

  • Birinci planı azərbaycanlılarla ermənilər arasında təmasların bərpası kimi etimadın artırılması üzrə tədbirləri nəzərdə tutur.
  • Atəşkəsin monitorinqinə daha çox ehtiyatların ayrılması ikinci gündəmə aid olan məsələlər arasında qeyd olunur. Bu, Ermənistan və Azərbaycan liderlərindən gələcək manevr imkanlarını daralda bilər "siyasi yatırım" tələb edir.
  • Planda olan üçüncü məqam erməni qüvvələrinin "işğal olunmuş ərazilərdən" çıxarılması, qaçqınların qaytarılması və Dağlıq Qarabağın statusuna dair "böyük sülh sazişi" üzrə addımları əhatə edir.

Chatham House mərkəzinin Rusiya və Avrasiya proqramı üzrə təhlilçisi Laurence Broers-in hazırladığı son təhlildə danışıqların ikinci gündəmdə ilişib qaldığı vurğulanır.

Yerevan israr edir ki, 3-cü gündəmə aid "substantiv danışıqlar" yalnız təhlükəsizlik tədbirlərinin təmin edilməsindən sonra baş tuta bilər.

Təhlilə əsasən, 3-cü gündəmə keçmək Nikol Paşinyanın islahatlar layihəsini zərbə altına qoya bilər, çünki ərazi güzəştləri siyasi cəhətdən təhlükəli addımdır.

Danışıqları bloklamağın da öz mənfi fəsadları ola bilər.

Bu, təmas xəttində zorakılığın bərpasına təkan verməklə daxili islahatların üzərindən xətt çəkə bilər, Laurence Broers-in məqaləsində deyilir.

İlkin tərəddüddən sonra Bakı Yerevanda hakimiyyətin oturuşmasına təmkinlə yanaşacağını nümayiş etdirir.

Azərbaycanda 3-cü gündəmə keçid Qarabağın statusunun həllindən əvvəl ərazilərin azad olunması kimi qəbul olunur.

Bakı dilemma qarşısındadır.

Bir tərəfdən Nikol Paşinyan əhəmiyyətli bir nəticəyə nail ola bilər. Digər tərəfdən isə, Ermənistandakı islahatların uğuru dövlətçiliyi gücləndirərək kompromisə getmək meylini azalda bilər.

Hazırkı Ermənistan hökumətinin legitimliyi yüksək olsa da, onun institutları o qədər də möhkəm deyil.

Hakimiyyətə gələrkən Paşinyanın öz partiyası olmayıb, onun "Mənim addımım" fraksiyası isə "kənar himayədarı" olmayan geniş qüvvələrin koalisiyasıdır.

Hazırda Paşinyanın siyasi əleyhdarları yeni media və vətəndaş cəmiyyəti institutları vasitəsilə ictimai məkanda mövqelərini möhkəmləndirərək özlərini milli-vətənpərvər dəyərlərinin qoruyucuları kimi təqdim edirlər.

Chatham House mərkəzinin təhlilinə əsasən hazırkı ab-hava və prezidentlərin mövqeləri müsbət hal təşkil etsə də, "yuxarıdan" idarə edilən sülh prosesinin institutlara ehtiyacı var.

Təhlilə əsasən sülh prosesini təmin edən infrastrukturun qurulmasına xarici oyunçular da kömək edə bilər.

"...Sülh prosesində daha dərin institutlaşma olmadan irəliləyiş mümkün deyil", - Dağlıq Qarabağ danışıqların yekunlarını şərh edən Chatham House Kral araşdırma mərkəzinin təhlilində deyilir.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Kəndlərini dəyişən erməni və azərbaycanlılar - 30 ildir davam edən münaqişə

Videonu açalmırsa, onu YouTube kanalımızda izləyin.

Bu barədə daha geniş