Baş nazirin müavini Əli Həsənov: "Azərbaycan əfqan tiryəki üçün tranzit ölkədir"

Fotonun müəllifi Azertac
Image caption Aprelin əvvəlində Gömrük Komitəsinin "Biləsuvar" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşından 206 qram narkotik vasitə - heroin aşkarlanıb

"Bir il üç ayda Azərbaycandan 1 milyon 400 kiloqram heropin keçirmək cəhdi olub. Bu, bəlkə, Latın Amerika dövlətləri üçün böyük rəqəm deyil, ancaq Azərbaycan üçün böyük rəqəmdir", Baş nazirin müavini Əli Həsənov deyib.

Bazar ertəsi Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransı öz işinə başlayıb.

"Əfqanıstanda becərilən narkotikanın əsas hissəsi tranzit ölkə kimi Azərbaycandan keçirilir və burdan Avropaya göndərilir", Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov konfransda deyib.

Azərbaycan ərazisi tarixi İpək yolunun üzərində olduğu üçün qeyri-qanuni narkoticarətçilər üçün "faydalı çoğrafi mövqe" sayılır.

O vurğulayıb ki, Azərbaycana narkotik vasitələr, əsasən cənub sərhəddindən daxil olur: "Ona görə Azərbaycan tərəfi mütəmadi olaraq Iranın sərhəd xidməti ilə görüşlər keçirir.

Əli Həsənov deyib ki, BMT-nin 2016-cı il məlumatına görə, tiryək istehsalı bir ildə 10 min tondan çox olur, bunun da 9 min tonu Əfqanıstanın payına düşür.

Azərbaycan İranla sərhəddində 132 kilometrlik hissəyə nəzarət edə bilmir və Azərbaycan hökuməti nəzarətsiz qalan ərazilərdə narkotik istehsal edildiyi qənaətindədir. "Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Bu torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib", Baş nazirin müavini vurğulayıb.

Fotonun müəllifi Azertac
Image caption Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransı iştirakçılarının mətbuat konfransı

Əli Həsənovun sözlərinə görə, Azərbaycan hökuməti bu ərazilərdə təhqiqat aparılması üçün BMT-nin Vyana ofisinə müraciət edib, amma Ermənistan "həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb", Baş nazirin müavini deyib.

Azərbaycanda iqtisadi inkişafın yüksəlməsi yükdaşımaların, turistlərin artmasına səbəb olub, deyə Əli Həsənov əlavə edib. "Narkomafiya da bundan ustalıqla istifadə edir".

Azərbaycanın narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı tranzitin qarşısının alınmasında çətinliklərdən danışan Əli Həsənovun fikrincə, mübarizə tədbirləri gücləndikcə, "narkomafiya da yeni üsullar axtarır".

Azərbaycanda bəzi apteklərdə psixotrop tərkibli dərmanların satılması ilə bağlı sosial mediada səslənən ittihamları şərh edən baş nazirin müavini deyib ki, belə hallara əvvəllər rast gəlinib: "Bununla bağlı ciddi tədbirlər görülüb və artıq "belə halların baş verməsi mümkün deyil".

Bu barədə daha geniş