Lerikin dağlıq ərazilərində 15 sm hündürlüyündə qar yağıb

rayonlar, qarlı hava Fotonun müəllifi EMİL QAZİYEV

Azərbaycanda son günlər ərzində qeyri-sabit hava şəraiti özünü göstərməkdədir - Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, aprelin 19-dan 20-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysana çevrilən yağışlar yağıb, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Qar yağıntısı Lerik və Yardımlı rayonlarında intensiv xarakter alıb.

Lerik rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov BBC-yə bildirib ki, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.

Habil Məlikovun sözlərinə görə, yağan qar və şaxtalı hava şəraiti meyvə bağlarına ziyan vurub.

Eyni zamanda, onun qeyd etdiyi kimi, əhalinin isitilik və elektrik enerjisi ilə təminatında, rayonun avtomobil yollarında nəqliyyatın və piyadaların hərəkətində problemlər yaranmayıb.

Habil Məlikov qeyd edib ki, bu gün rayonda dumanlı hava müşahidə olunur.

Sinoptiklərə görə, Azərbaycanda hazırkı qeyri-sabit hava şəraiti aprelin 24-dək davam edəcək.

Havanın soyuması və intensiv qar yağıntısı Şəki, İsmayıllı, Oğuz, Qəbələ, Quba, Xınalıq, Altıağac, Şamaxı və Naxçıvanda da qeydə alınıb.

Bu barədə daha geniş