Mehriban Əliyeva: "Qala divarlarını heç nə bağlamamalıdır"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Mehriban Əliyeva: "İçərişəhərin hər qalası, divarı, hər bir daşı dövlətin diqqətindədir"

"İçərişəhərdə, qala divarlarının yanında indiyə qədər olan obyektlər hansı hündürlükdə idisə, o vəziyyətdə də olmalıdır", Birinci vitse-prezident Mehriban Əliyeva BBC News Azərbaycancaya bildirib.

Bakının "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda qala divarlarına metal konstruksiyadan divar hündürlüyündə qurulmağa başlamış tikili ictimaiyyətin diqqətini çəkib və paytaxt sakinləri tarixi abidələrin qorunmamasına diqqət yönəldiblər.

Mehriban Əliyeva BBC News Azərbaycancaya eksklüziv müsahibəsində bildirib ki, "qala divarlarının görünüşünü heç nə kəsə bilməz".

Birinci vitse-prezident bildirib ki, İçərişəhər hər zaman sakinlər və turistlər üçün populyar yer olub, yalnız "yararsız vəziyyətə gələn binaların yenidən, çox hündür konstruksiyadan bərpası həyata keçirilib.

O vurğulayıb ki, İçərişəhərin "hər qalası, divarı, hər bir daşı dövlətin" diqqətindədir: "Vaxt vardı ki, İçərişəhər məhz burda olan nöqsanlara görə, UNESKO-nun qara siyahısına salınmışdı. Ondan sonra bir çox tədbirlər həyata keçirildi, xarici ekspertlər dəvət olundu, onların rəyini aldıq, onların dəstəyi ilə bütün nöqsanları aradan qaldırdıq".