"Molokanların ibadət evi" kimi tanınan binanın kirayəçilərinin çıxarılmasına cəhd edilib

Video açılmırsa YouTube-dan izləyin.

Bakıda "molokanları dua evi" kimi tanınan binanın qarşısına polis işçiləri və Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) nümayəndələri toplaşıb.

Onlar binada olan sakinlərdən oranı tərk etmələrini istəyiblər. Səbəb kimi isə binanın qəzalı olmasını deyiblər.

Polisin və rəsmilərin binaya gəldiyindən sosial şəbəkələrdən xəbər tutan onlarla gənc binaya gəlib və icarədarlarla həmrəylik nümayiş etdirib.

Bu binanın 1913-cü ildə molokanların dua evi kimi tikildiyi deyilir və hazırda özəl mülkiyyətdədir.

Sovet dövründə radio kimi fəaliyyət göstərib. Sənətşünasların görə bina fasadının görüntüsünə görə fərqlənir.

Hazırda binanın kirayəçisi "Salaam Cinema" orada mədəni tədbirlər, film nümayişləri, sərgilər keçirir.

Binanı 2018-ci ildə özəlləşdirən sahibkar icarədarları buradan çıxarmaq və binanı sökmək istəyir.

Mülk sahibinin nümayəndəsi icarədarlara iyunun 15-ə kimi vaxt vermişdi, amma bu gün onları yenidən çıxarmağa cəhd edilib. Bina qorunan tarixi abidə siyahısında deyil.

Lakin aprelin 6-da Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti binanın nəzarətə götürüldüyünü bildirib.

Bu barədə daha geniş