“Uşağa yemək almalıyam, amma pulum yoxdur… Prezident hara baxır?!”

Video açılmırsa, YouTube-dan izləyin.

42 yaşlı Şövqi Quliyev ailəsini dolandırmaq üçün yardım toplayır.

O, çörək pulu qazanmaq üçün ümidini "yaxşı insanlara" bağladığını deyir.

Həyat yoldaşı və 4 aylıq qızı ilə Sumqaytın Corat qəsəbəsində yaşadıqları evin də kirayəsini də ödəyə bilmirlər.

10 ildir ki, bir ayağını və bir qolunu itirşim Şövqi Quliyev 1-ci qrup əlillik ala bilməməsindən şikayətçidir.

12 ildir evli olan cütlüyün arzuları elə də çox deyil, əlil arabası, əlilliyə görə təqaüd və 4 aylıq Fatimə üçün yemək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC News Azərbaycancaya deyiblər ki, ailənin problemi araşdırılacaq.

Image caption I qrup əlillik dərəcəsi ala bilməməsindən şikayətlənən Şövqi Quliyev

Bu barədə daha geniş