Narkoloji Mərkəzdə baş verən yanğında təqsirləndirilən şəxslərə hökm oxunub

Narkoloji Mərkəz Fotonun müəllifi APA

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş vermiş yanğını törətməkdə ittiham olunan şəxsə ömürlük həbs verilib. O və digər təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Narkoloji Mərkəzdə yanğını törətməkdə təqsirləndirilən, həmin vaxt mərkəzin pasiyenti olmuş Məhəmməd Məmmədov ömürlük azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslər, mərkəzin direktoru Telman Məmmədhəsənov ümumilikdə 4 il, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Mərkəzin şöbə müdiri Afət Məmmədovaya 5 il müddətinə şərti cəza verilib.

Telman Məmmədhəsənovun vəkili Vasif İsrafilov BBC News Azərbaycancaya deyib ki, müvəkkili daxil olmaqla təqsirləndirilən şəxslərin hamısı "qərardan narazıdır və özünü təqsirli hesab etmir".

"Bizim məhkəməyə təqdim etdiyimiz bütün sübutlar da göstərir ki, müvəkkilim təqsirsizdir. Telman Məmmədhəsənov heç bir yanğın təhlükəsizliyi qaydasını pozmayıb. O, 2011-ci ildə Mərkəzə direktor təyin ediləndə istifadəyə tam yararsız binada xidmət aparıb. 2012-ci ildə komissiya binaya baxış keçirib və aktlaşdırıb. Ekspertizanın rəyində də göstərilib ki, bina bütövlükdə yanar materiallardan olmaqla istifadəyə tam yararsızdır".

Vasif İsrafilov deyir ki, müvəkkilin qərarından asılı olaraq, məhkəmənin qərarı barədə apellyasiya verə bilərlər.

Narkoloji Mərkəz nə baş vermişdi?

2018-ci il martın 2-də Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində 25 nəfər ölüb.

Səhiyyə Nazirliyi bildirib ki, yanğın nəticəsində ölənlərın hamısı Narkoloji Mərkəzdə müalicə alan pasiyentlərdir.

Rəsmi məlumata görə, yanğın vaxtı binada 55 nəfər olub.

İlkin araşdırmanın nəticələrinə görə, yanğına səbəb binanın elektrik şəbəkəsindəki nasazlıq olub, ancaq sonradan istintaq bu qənaətə gəlib ki, Mərkəzin binası qəsdən yandırılıb.

Bu barədə daha geniş