Rövşən Əsgərov Mxitaryan, Klopp və Arsenal-Chelsea matçı barədə nə deyib?

Rövşən Əsgərov

Liverpool klubunun rəhbəri Avropa Liqası finalını Bakıda keçirmək barədə qərarı tənqid edib. Jurgen Klopp belə qərarın məsuliyyətsiz olduğunu vurğulayıb.

Britaniyada səslənən tənqid Azərbaycanda hakimiyyət və azarkeşlər tərəfindən necə qarşılanıb?

BBC Rusca Xidmətinin Bakıda keçiriləcək finalla bağlı suallarını cavablandıran "Nə? Harada? Nə zaman?" televiziya verilişinin məşhur oyunçusu Rövşən Əsgərov Jurgen Klopp-un Bakı haqqında dediklərində özündənrazılıq hiss olunduğunu düşünür.

"Özündənrazılıq"

"Dəfələrlə finalçı olmuş və 5 dəfə Avropa Çempionlar Kubokunu qazanmış klubun məşqçisi olan şəxsin sözlərində müəyyən bir özündənrazılıq var".

Rövşən Əsgərov mayın 15-də efirə getmiş televiziya yayımında Avropa Liqasının yekun oyunu üçün Bakının seçilməsi barədə qərarı şərh edərək deyib ki, Azərbaycanın uzaq olması barədə iddia əsassızdır ki, çünki final yeri müəyyən edilərkən kimin çempion olacağı məlum deyildi.

Fotonun müəllifi BBC Sport
Image caption Liverpool klubunun rəhbəri Jurgen Klopp finalların keçiriləcəyi yerlər barədə daha "həssas və məqbul" qərarlar verməyə çağırıb.

Üstəlik, oyunları qəbul etməyə hazır olan Bakı gələn il də Avropa Çempionatının 4 matçına ev sahibliyi edəcək, cənab Əsgərov deyib.

Televiziya viktorinasının bilicisi Bakıda Avropa oyunları, İslam həmrəyliyi, Eurovision və Formula 1 kimi tədbirlərin təşkil olunduğunu qeyd edib.

Finalı qəbul etmək niyə çətin olsun ki?

Belə təcrübədən sonra finalı qəbul etmək necə çətinlik təşkil edə bilər ki? - o sual edir.

Londondakı studiya ilə videobağlantı vaxtı Jurgen Klopp-un qeyd etdiyi logistika probleminə də toxunulub.

"Londondan Bakıya birbaşa reyslər azdır, o qədər də çox deyil", - deyən cənab Əsgərov əlavə edib ki, Bakıya dolayı yollarla çatmaq olar.

İngiltərə klubları qarşılaşacaq

Proqramın sonunda Arsenalın erməni əsilli oyunçusunun fitə tutulub-tutulmayacağı barədə də sual verilib.

Rövşən Əsgərov deyib ki, Henrix Mxitaryan indiyədək Bakıda Azərbaycan klubları ilə keçirilən oyunları buraxıb.

Lakin hazırda onun təmsil etdiyi komanda Bakıda öz ölkəsinin rəqib klubuna qarşı oynamalıdır.

"...Əgər vəd olunubsa ki, hər şey yaxşı olacaq, təhlükəsizlik təmin ediləcək, düşünürəm ki, bu belə də olacaq!", - Rövşən Əsgərov BBC Rus Xidmətinin televiziya proqramına bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş