Chelsea və Arsenal azarkeşləri üçün Bakı final oyununa necə hazırlaşıb?

Video açılmırsa, YouTube-dan izləyin.

Bakıda şənbə günündən Chelsea və Arsenal tərəfdarlarına görə azarkeş festivalı başlayıb. Əraziyə giriş pulsuzdur.

Mayın 29-da Bakıda futbol həyacanı yaşanacaq, 2019-cu il Avropa Liqasının çempionu məlum olacaq. Bakı bu həyacana çoxdan hazırlaşır: paytaxtın mərkəzi yerlərində səni futbol və çempionatda qarşılaşacaq Arsenal və Chelsea-nin simvolları qarşılayır.

Qış parkı Arsenal-ın azarkeşləri, Sahil bağı isə Chelsea azarkeşləri üçün ayrılıb.

Azarkeşləri stadiona onlar üçün ayrılmış görüş yerlərindən pulsuz avtobuslar aparacaq.

Image caption Bakı küçələrində Chelsea və Arsenal bayraqları
Image caption Müxbirimiz Cəmilə İbrahimova Bakı küçələrindən xəbər verir

Bu barədə daha geniş