Leyla, Arzu və Heydərin ailəsi necə yaşayır?

Video açılmırsa, YouTube-dan izləyin.

Leyla, Arzu, Heydər...

Bu 5 aylıq körpələrin adları ölkə prezidentinin övladlarının şərəfinə qoyulub.

Prezident İlham Əliyevin ailə üzvlərinin adlarını uşaqlarına qoymaq Azərbaycanda artıq geniş yayılmış haldır. Bəzən isə belə fikirlər var ki, belə ailələrə xüsusi yardım edilir. Bu iddiaların əsası varmı? Ən azı, görüşdüyümüz bu ailə öz maliyyə imkanları hesabına yaşadığını deyir və çətinliklərindən danışır.

Əkbərovlar ailəsi Qubanın Alpan kəndində yaşayır.

Nizami Əkbərov deyir ki, o, uşaqlarının xərclərini qarşılaya bilmir.

Ailə ev şəraitindən də narazıdır. Onlar uşaqlar doğulandan işıq-qaz pulu da verə bilmədiklərini deyirlər.

Ailə 4 aydır ki, ünvanlı sosial yardım üçün müraciət edib, lakin onu ala bilməyib.

Nizami Əkbərov deyir ki, dövlət aktında hərf səhvləri var və bunun düzəldilməsi üçün rüsumu ödəməyə gücü yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib ki, vətəndaş ünvanlı sosial yardım üçün müraciət edərkən şəxsi məlumatları düzgün daxil etməlidir, əks halda imtina cavabı veriləcək.

Dövlət aktında hərf səhvlərinin düzəldilməsi üçün lazım olan rüsuma gəldikdə isə, nazirlik bundan narazılığın əsaslı və obyektiv olmadığını deyir.

Atanın əsas istəyi uşaqların qidasının verilməsidir, amma dövlət qurumları qanunvericilikdə belə bir imtiyazın nəzərdə tutulmadığını deyir.

Həmçinin bax:

Bu barədə daha geniş