Bakıda tullantılara yeni həyat verən hindistanlı qadın

Sarita Vaid ofis üçün hazırlanmış lövhəni göstərir Fotonun müəllifi Gular Abbasova

Əslən Hindistandan olan Sarita Vaid Bakıya gələndə "göydə uçan plastik torbaları" görəndə ağlına bir ideya gəlir: onları, bəzi tullantıları yenidən istehsal etmək.

2006-cı ildə iş dalınca Bakıya gələn və ailəsiylə birgə restoran biznesini idarə edən Sarita Vaid bəzi tullantılara yeni həyat verməyə başlayıb.

"Təkrar istehsal" ideyası bir vaxtlar çevrələrindəki əfqan qadına kömək üçün ağıla gəlsə də, illər sonra yeni bir biznesə çevrilir.

"Belə bir layihə ilə bağlı planım yox idi. Sadəcə, istəyirdim ki, Bakıda məskunlaşmış, işləməyən əfqan qadına dolanmaq üçün bir dəstək olsun", əslən Hindistandan olan 66 yaşlı Sarita Vaid BBC News Azərbaycancaya danışır.

Fotonun müəllifi Gular Abbasova
Image caption Ərzaq saxlamaq üçün istifadə edilən kisələr, əsasən pambıq parçalardan təkrar istehsal olunur.

"İlk dəfə 90-cı illərin sonunda Bakıda olmuşam. İkinci səfərimdə gördüm ki, plastik paketlər havada uçur. Fikirləşdim, nə etmək olar?! Bizim bir qrupumuz var idi.

Hər ay yığışıb Bakıdakı həyatımızdan söhbət edirdik. Aramızda maddi dəstəyə ehtiyacı olan bir qaçqın, əfqan qadın da vardı.

Qaçqınların heç bir statusu olmadığından rəsmi şəkildə işləmələrinə izin verilmirdi.

Ona təklif etdim ki, köhnə geyimlərdən bazarlıq çantaları hazırlasın. Razılaşdı. Biz də onu ruhlandırmaq üçün çantaları pulla aldıq.

Sonradan o xanım bildiklərini başqa bir əfqan qadına öyrətdi, özü isə Kanadaya köçdü", - Sarita Vaid söhbətinə davam edir.

Fotonun müəllifi Gular Abbasova
Image caption Əfqan usta Məryəm Atifi 2009-cu ildən "Saritanın Eko Yaradıcılığı" layihəsində çalışır.

Sarita Vaidinin layihəsi üçün hazırda dörd dərzi-usta çalışır.

Onların ikisi Əfqanıstandan olan qaçqın, ikisi isə azərbaycanlı xanımdır.

Ayrıca iş məkanı olmadığından ustalar aldıqları sifarişləri öz evlərində hazırlayırlar.

Fotonun müəllifi Gular Abbasova
Image caption Məryəm Atifi sifarişləri çatdırmaq üçün bəzən daha çox işləməli olur. Bu iş onun yeganə qazanc yeridir.

Ustalar istifadə edilmiş, amma hələ də yararlı olan geyimlərdən, hətta ərzaq paketlərindən yeni dizaynda qələmqabı, əl və bazarlıq çantaları, müxtəlif ofis ləvazimatları hazırlayırlar.

Fotonun müəllifi Gular Abbasova
Image caption Sarita Vaid ofis üçün hazırlanmış lövhəni göstərir

"Evdə pişiklərim üçün yemək alanda onların qablaşdırılmasına fikir verirdim.

Qərara gəldik ki, bunlardan sendviç çantaları hazırlayaq. Həmin çantaları dostlarım da bəyəndi".

Sarita Vaid ətraf mühiti qorumaq və bu işin bir hissəsi olmaqdan məmnunluğunu gizlətmir.

Fotonun müəllifi Gular Abbasova
Image caption Usta Günel Səmədzadə yeni sifarişləri bir həftədən sonra təhvil verəcək

Sarita deyir, azərbaycanlı müştərilərini maraqlandıran əsas çantaların xarici görünüşdür.

Məsələn, onlara Viskas paketlərindən hazırlanmış çantalar qəribə gəlir.

Buna görə də bəzən belə çantaların üzərinə parça, yaxud başqa material əlavə edirlər.

Fotonun müəllifi Gular Abbasova
Image caption Xüsusi dizaynı ilə seçilən çantalara maraq daha çoxdur.

"Bir dəfə şəhərdəki ərzaq mağazalarının bir neçəsinə hazırladığımız çantaları pulsuz təqdim etdik.

Müştərilərə bildirdik ki, məhsul alanda parça çantalardan istifadə etsinlər.

Bəzən çox maraqlı hallar olurdu. Müştərilər hər şeyi plastik paketlərə qoyurdu, sonra da bizim verdiyimiz çantalara."

Fotonun müəllifi Gular Abbasova
Image caption Sarita Vaid növbəti sifarişlərin dizaynını hazırlayır

Sarita Vaid xatırladır ki, indi dünyanın hər yerində plastik paketlərin təbiətə vurduğu zərərlər diqqət mərkəzindədir və ola bilər Azərbaycanda da bununla bağlı işlər görülsün.

Onun fikrincə, insanlar hökumətin nəsə etməsini gözləməməlidir, cəmiyyət özü maariflənməlidir.

İlk müştəriləri ətrafındakı ekspat tanışları olsa da, Sarita Vaid bildirir ki, indi müxtəlif şəxslər, təşkilatlar, şirkətlər onların məhsulları ilə maraqlanır.

Fotonun müəllifi Gular Abbasova
Image caption İkinci əl çantalar da təkrar istifadə üçün istehsal oluna bilər.

Sarita öz müştərilərdən xahiş edir ki, sosial şəbəkədə təkrar istifadədən hazırlanan məhsullardan paylaşımlar edilsin və bununla başqalarının da maariflənməsinə imkan yaransın.

"Mən 2010-2016 cı illərdə Bakıdakı məktəblərin birində ingilis dili müəllimi kimi çalışırdım.

O zaman şagirdlərimə də təkrar istifadə haqda məlumat verərək maarifləndirirdim. Hətta onların məktəbli çantalarını da məhz istifadə edilmiş paket və örtüklərdən hazırlamışdıq."

Fotonun müəllifi Gular Abbasova
Image caption Qadın geyimindən hazırlanmış klaç

Sarita Vaid deyir, insanlar tez və asan başa gələn plastik paketlərdən çox istifadə edirlər, amma bunun təbiətə ziyanı haqda düşünmürlər.

Halbuki parçadan hazırlanan bazarlıq çantalarını yuyub uzun müddət yenidən istifadə edə bilərlər.

Fotonun müəllifi Gular Abbasova
Image caption Təkrar istehsal olunan məhsullar üzərindəki "Əfqan qaçqınlar və azərbaycanlı qadınların əl işləri" yarlıqı ilə seçilir.

Yeni məhsul hazırlamaq üçün Sarita Vaid otellərdə daha istifadə olunmayan, amma təmiz çamaşırlardan, ya da tanışlarının sayəsində topladığı yararlı geyimlərdən, qida paketlərindən faydalanır.

Bundan başqa tikiş üçün lazım olan aksessuarları, əlavə materialların xərcini də özü ödəyir.

Fotonun müəllifi Gular Abbasova
Image caption Kişi köynəklərindən hazırlanmış bazar çantaları

"Bizim ayrıca sponsorumuz yoxdur, lazım olan şeyləri özüm toplayıram. Amma ustalara əmək haqqı lazım olur", Sarita deyir.

Fotonun müəllifi Gular Abbasova
Image caption Qəhvə paketlərindən hazırlanan kiçik çantalar sendviç üçün nəzərdə tutulub

"Elə vaxt olur ay ərzində 3-5 sifariş, elə də olur 30 və daha çox sifariş gəlir. Bu halda çox qazanmaq olmur.

Amma son iki ayda sifarişlər əvvəlkilərə nisbətən artıb", Saita Vaid deyir.

Əgər müştərilər davamlı çoxalsa, Sarita Vaid gəlirinin hesabına layihəyə daha çox dərzi-ustalar cəlb edə biləcək.

Bu barədə daha geniş