Minimum əmək haqqı 250 manat oldu

minimum əmək haqqı 180 manat oldu

Azərbaycan prezidentinin son sərəncamı ilə aylıq əməkhaqqının aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb.

Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Hazırda minimum aylıq maaşın məbləği 180 manatdır.

İlham Əliyevin imzaladığı sərəncam iyunun 18-də prezidentin rəsmi saytında dərc olunub.

Sənəddə Nazirlər Kabinetinə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq maaşlarının məbləğlərini son sərəncama uyğunlaşdırmaq tapşırılır.

Bu barədə daha geniş