Washington-da Azərbaycan-Ermənistan danışıqları. Bu, ABŞ-ın nəyinə lazımdır?

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda sonuncu dəfə 10 il bundan əvvəl görüşmüşdülər Fotonun müəllifi MFA Azerbaijan
Image caption Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda sonuncu dəfə 10 il bundan əvvəl görüşmüşdülər

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov Washington-da görüş keçiriblər. Qarabağ münaqişəsinin tənzimləsməsiylə bağlı danışıqlar 1992-ci ildən ABŞ-ın da daxil olduğu Minsk qrupunun iştirakıyla aparılır.

Amerika paytaxtında belə görüş on il bundan əvvəl baş tutmuşdu.

Ekspertlər hesab edirlər ki, görüşün Washington-da keçirilməsi münaqişənin həllində ABŞ-ın rolunun güclənməsiylə bağlıdır.

Nazirlərin görüşü üç saatdan artıq çəkib, ancaq hər hansı ciddi razılaşma əldə edilməyib.

Minsk qrupu həmsədrlərinin danışıqların nəticəsi haqda açıqlamasında bildirilir ki, Mnatsakanyan və Məmmədyarov tərəfləri "sülhə kömək edən atmosferin yaranması üçün addımlar atmağa" səsləyiblər və yaxın gələcəkdə yenidən görüşmək barədə razılığa gəliblər.

XİN başçılarının danışıqlarından əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri John Bolton tərəflərlə təkbətək görüşlər keçirib.

Fotonun müəllifi NurPhoto
Image caption Elmar Məmmədyarov (solda) John Boltonla 19 iyunda görüşüb

"Dağlıq Qarabağ Boltonun vecinə deyil"

ABŞ, Rusiya və Fransa Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Mİnsk qrupunun həmsədrləridir. Washington-da iki nazirin görüşü sonuncu dəfə 2009-cu ilin may ayında keçirilmişdi.

Məmmədyarovun Boltonla görüşü haqqında Azərbaycan XİN-in açıqlamasında bildirilir ki, Qarabağ münaqişəsinin nizamlanmasından əlavə, onlar "Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər".

Boltonun bölgəyə ötənilki səfəri və Məmmədyarovla Mnatsakyanın Washington-da görüşməsi ABŞ-ın bu ərazidə daha aktiv rol oynamağa başlamasından xəbər verir - Carnegie Fondunun böyük elmi işçisi Paul Stronski BBC-yə belə deyib.

Stronski qeyd edib ki, "Bolton əsasən İrana fokuslanıb. Hər iki tərəflə onların İranla iqtisadi əlaqələri müzakirə ediləcək və yəqin ki, bu mövzuda Ermənistanla daha sərt danışılacaq".

Onun sözlərinə görə, ABŞ prezidenti Rusiyayala əməkdaşlıq yolları axtarır: "Dağlıq Qarabağ problemi ABŞ-ın Rusiyayala ənənəvi olaraq məhsuldar çalışa bildiyi istiqamətdir. Trump beynəlxalq arenada nəsə yaxşı bir iş görmək istəyir".

Fotonun müəllifi MFA Armenia
Image caption İyunun 20-də John Bolton Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüb

"Mən şadam ki, Tram administrasiyası qollarını çirməyib çox diqqət çəkməyən, amma ciddi nəticələr verə biləcək Dağlıq Qarabağ probleminin həllinə girişib" - Stronski belə deyir.

Oxsford Universitetinin bölgə üzrə eksperti Leyla Əliyeva ABŞ-ın Cənubi Qafqazda daha aktiv rol oynamağa başlaması fikriylə razıdır. O deyir ki, daxili problemlərə və digər beynəlxalq prioritetlərə görə əvvəlki illərdə bu məsələdə nisbətən passiv olan Washington mövqeyini dəyişməyə başlayıb.

"Dağlıq Qarabağ Boltonun vecinə deyil. O, İrana fokuslanıb" - ABŞ-ın Ermənistandakı keşmiş səfiri John Evans BBC-yə belə deyib.

Fotonun müəllifi Mikhail Metzel / TASS
Image caption Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Nikol Paşinyanın Düşənbə görüşündən sonra münaqişə zonasında gərginlik azalıb

Daha çox görüş

BBC-nin sualına cavab verən ekspertlər qeyd ediblər ki, Ermənistanda 2018-cu ilin may ayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra iki ölkə arasındakı danışıqların sayı artıb.

MDB-nin 2018-ci ilin sentyabr ayında Düşənbədə keçirilmiş sammitində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Nikol Paşinyan arasındakı qısa görüşdən sonra Dağlıq Qarabağdakı münaqişə zonasında gərginlik xeyli azalıb.

Sərhəddə atşıma halları azalıb. International Crisis Group-un Cənubi Qafqaz üzrə eksperti Olesya Vartanyan BBC-yə açıqlamasında deyib ki, buna iki ölkənin müdafiə nazirlikləri arasında əlaqə kanalının yaranması da təsir edib:

"Sentyabrdan sonrakı aylar son beş ilin ən sakit dövrü oldu. Əsgərlər ölmədilər, cəbhə xətti ətrafında yaşayan insanlar arxayın şəkildə öz təsərrüfatlarında çalışdılar".

2019-cu ildə prezidentlər Vyana və Davosda görüşüblər.

Amma 2019-cu ilin yazında Qarabağdakı təmas xəttində toqquşmalar bərpa olunub. Tərəflər bir-birini minomyot atışlarında ittiham ediblər.

Bu həftə Ermənistan hərbi qüvvələri Qarabağ bölmələriylə birlikdə hərbi təlim keçiblər. Eyni vaxtda Azərbaycanda da təlimlər olub.

Bu gərginlik fonunda Rusiya, Fransa və ABŞ nümayəndələri may ayının axırlarında Bakı və Yerevana səfərlər ediblər, nəticədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Washington-da görüşməsi barədə razılıq əldə olunub.

Fotonun müəllifi NurPhoto / Getty Images
Image caption Erməni əsgəri Qarabağdakı səhra kilsəsində dua edir

Gözləntilər

Ekspertlər hesab edirlər ki, Washington danışıqlarından ciddi nəticələr gözləməyə dəyməz.

"Bu, Key West-dəki kimi irəliləyiş vəd edən məqam deyil" - ABŞ-ın Ermənistandakı keçmiş səfiri Evans BBC-yə belə deyib.

2001-ci ildə Amerikanın kurort şəhəri olan Key West-də Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyevlə və Robert Koçaryan sülh müqaviləsi imzalmağa şox yaxınlaşmış, ancaq son anda razılaşma pozulmuşdu.

"Hədəf yenə əvvəlkidir: atəşkəsi nisbətən sabit hala gətirmək" - Oxsford Universitetindən Leyla Əliyeva belə deyir.

Bölgə üzrə mütəxəssis və Conciliation Resources təşkilatının Qafqaz proqramının direktoru Laurence Broers BBC-yə açıqlamasında deyib ki, Minsk qrupu çərçivəsində görüşlərin aktivləşməsi özü-özlüyündə müsbət haldır:

"Real öhdəliklər çatışmazlığı var. Situasiyanı normallaşdırmaq üçün kiçik addımlardan başlamaq vacibdir".

Hansı addımlar müzakirə olunur? International Crisis Group-un üzvü - Vartanyanın sözlərinə görə, görüşdən əvvəl hər iki tərəf humanitar tədbirlərin - sərhəddə və münaqişə zonasında saxlanınlara qohumlarının baş çəkməsi, kənd təsərrüfatı işlərinin təhlükəsizliyinə təminat verilməsi və jurnalistlərin qarşılıqlı səfərləri mövzuların müzakirəsinə hazırlaşırdı.

Bu barədə daha geniş