Azərbaycanda hərbi hissədə partlayış: ölən və yaralanan var

Müdfaiə Nazirliyi Fotonun müəllifi mod.gov.az

Bü gün Azərbaycanın hərbi hissələrinin birində baş verən partlayış nəticəsində iki hərbçi həlak olub.

Daha bir hərbçinin ağır xəsarət aldığı bildirilir.

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, partlayışa səbəb tank mərmisinin yerə düşməsi olub.

"Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub", - şənbə günü nazirliyin yaydığı rəsmi məlumatda göstərilir.

Hadisə səhər saatlarında baş verib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş