"42 ildir Hövsandayam, çox küçədə kanalizasiya yoxdur", Hövsan sakini

Video açılmırsa, YouTube-dan izləyin.

Hövsan kəndinin sakinləri deyir ki, bu ərazidə heç vaxt kanalizasiya sistemi olmayıb.

Ancaq bununla sakinlərin problemi bitmir. Ərazidə yaşayanların ikinci əsas problemi olan marşrut xətti öz həllini tapmayıb.

Bu ayın əvvəlində əraziyə yol çəkilib. Suraxanı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsinin sözlərinə görə, ümumilikdə 8600 metr asfalt örtük çəkilib.

Amma asfaltın üzünü hər küçə görməyib.

Azərsu ASC-dən deyirlər ki, problemdən xəbərdardırlar və yaxın illərdə kanalizasiya xətti çəkilə bilər.

Bakı Nəqliyyat Agentliyindən bildirirlər ki, məsələnin həll yolları axtarılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən deyirlər ki, 2023-cü ilə qədər qəsəbə daxili yollarda təmir işləri hissə-hissə aparılacaq.

Əlaqəli mövzular

Bu barədə daha geniş