"Meyvəli" bazarında kütləvi zəhərlənmə olub

Video açılmasa, YouTube-da izləyin.

Sədərəkdə "Meyvəli" bazarında kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən deyirlər ki, təcili yardıma ilk çağırış saat 10:14-də daxil olub.

"Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) götürüblər. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəridə KTM-in yoluxucu xəstəliklə şöbəsinə gətirib".

Məlumata görə, tibbi yardım göstərilərkən zərərçəkmişlər "yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini" bildiriblər.

Səhiyyə Nazirliyi bildirir ki, xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər və onların vəziyyətləri orta-ağırlıqdadır.

Qida Təhlükəsizliyi Agentliyindən deyirlər ki məsələ araşdırılır və bu barədə ətraflı məlumat veriləcək.

Bu barədə daha geniş