Qarabağ münaqişəsini həll etməyə nə mane olur?

Hərbçilər Fotonun müəllifi RIA NOVOSTI

Ermənistanda məxməri inqilabdan bir il keçir və münaqişə tərəflərinin birində daxili dəyişiklərlə bağlı ilkin entuziazm adi skeptizmlə əvəzlənib.

Tərəflər yüksək səviyyədə görüşlər keçirməyə davam edərkən - 2019-cu ilin başlanğıcından bir neçə belə görüş keçirilib - ötən ilki sakitliyin ardınca müharibə zonasında atəş mübadiləsi yenidən intensivləşib.

Bölgədəki dəyişiklər niyə əhəmiyyətli irəliləyişə çevrilməyib?

Qarabağ münaqişəsinin rolu

Münaqişənin kökündə olan səbəblər Ermənistan və Azərbaycanın mövqeyindən fərqli görünə bilər. Lakin ilkin mərhələlərdən münaqişənin bölgəni nəzarət altında saxlamaq üçün Rusiyanın əlində bir vasitə olduğu aydın idi.

Son illər ərzində bu vasitənin əhəmiyyəti azalıbmı?

Rusiya üçün "yaxın xaricin" əhəmiyyətinə diqqət yetirsək görərik ki, Moskva münaqişə sayəsində Ermənistanla hərbi-müdafiə ittifaqını qurub və burada öz hərbi varlığını təmin edir.

Eyni zamanda, Rusiya bölgənin xarici sərhədlərinə nəzarət edir və hər iki tərəfə - Ermənistan və Azərbaycana - iri həcmlərdə silah satışını həyata keçirir.

Status-kvonun dəstəkləməsi və "ənənəvi təhdid" ehtimalı tərəfin "yaxın xarici" nəzarətdə saxlamaq siyasətinin bilavasitə maraqlarına cavab verir.

Digər dəyişməz xarici amil Minsk qrupunun strukturu və formatıdır.

"Ərazi bütövlüyü" və "öz müqəddəratını təyin etmə" prinsiplərinin bərabərliyindən irəli gələn normativ ikitirəlik "status-kvo" prinsipinin daima gündəmdə qalmasına zəmin yaradır.

Bu, tərəflərə sövdələşmə güclərini artırmağa və danışıqlar prosesində qüvvələr nisbətini dəyişdirmək cəhdlərinə imkan yaradır.

İnqilab başa çatmayıb...

Ermənistan hakimiyyətində siyasi elitanın - Qarabağ veteranları kimi tanınan klanın - əvəz olunması Rusiya nüfuzundan yaxa qurtarmağa doğru yönələn addım idi. Lakin əhəmiyyətli irəliləyiş, Ermənistanın qonşularıyla - Türkiyə və Azərbaycanla - əlaqələri ən tez zamanda normallaşdırması və Ermənistanın regional infrastruktur və enerji layihələrində iştirakı sayəsində təmin oluna bilər.

ABŞ-ın Ermənistandakı sabiq səfiri Richard Mills-in sözlərinə görə, status-kvo, korrupsiya da daxil, münaqişə ilə əlaqəli silsilə risklər yaradır.

Bu arada, inqilab Rusiyadan daha çox asılılıq, hərbiləşdirmə və təhlükəsizləşdirilməyə görə, güc mərkəzləri və klanlarla mübarizənin daha kəskin bir problem təşkil etdiyi Dağlıq Qarabağa gəlib çatmayıb.

Nikol Paşinyan, hakimiyyəti öz əlində cəmləşdirərkən Qarabağ liderlərinin təzyiqi və məhkəmə qarşısına çıxarılan sabiq prezident Robert Koçaryanla Rusiya səfirinin görüşməsi kimi xaricdən yönələn təzyiqlər kimi bir neçə problemlə üzləşir. Bunlara görə, torpaqların Azərbaycana "verilməsi" haqqında yayılan söz-söhbətlərin təzyiqinə qarşı çıxmaq üçün Paşinyan Qarabağ məsələsinə dair daha çox loyallıq nümayiş etdirməlidir.

Fotonun müəllifi REUTERS
Image caption Ermənistanda məxməri inqilab adlanan kütləvi çıxışlardan bir il keçir

Xalq arasında populyarlığı və oliqarxik güc bazasının yoxluğu yeni Baş nazir Paşinyanı, əvvəlki liderlərlə müqayisədə, millətçi populizmdən daha çox asılı vəziyyətə salıb.

Paşinyanın Azərbaycanın tənqidinə səbəb olan, ən son söylədiyi "Qarabağ Ermənistandır" bəyanatı populizmə əsaslanan təzyiqin bir göstəricisidir.

Beləliklə, "inqilab" hələ ki, başa çatmayıb - Azərbaycanda islahatlar kursunun həyata keçirilib-keçirilməyəcəyini və Qarabağ bölgəsində hakimiyyət mübarizəsinin nəticəsini görmək hələ ki, qalır.

Digər tərəfdən, Azərbaycanda məhdud azadlıqlar və vətəndaş cəmiyyətinə qarşı təqiblər Əliyevin mövqeyini xarici təzyiqə qarşı həssaslaşdıraraq, Qarabağ məsələsində ictimai rəyə əsaslanmaq imkanlarını məhdudlaşdırır.

Ən mühüm olan isə budur ki, inqilab məhdud demokratiyalı, liberallaşmayan, uzun müddətdir ki, avtokratik idarəetmə altında yaşayan hər iki ölkə sakinlərinin düşüncə tərzinə təsir etməyib.

… bu isə nəticədə Qarabağa dair baxışları sərtləşdirib.

Bu müəllifin son bir neçə beynəlxalq və regional toplantılarda iştirak təcrübəsi göstərir ki, inqilabdan sonra Ermənistanda münaqişəyə dair münasibət sərtləşib.

Hazırda, azərbaycanlılarla birgə yaşamağın və kompromisin mümkünsüzlüyü "cəmiyyətlərdəki" fərqlərlə əsaslandırılır: yəni, biri digərinə nisbətdə daha demokratikdir.

Ən mühümü budur ki, ritorika, bəyanatlar və ya dialoq dəyişməyib, əksinə, münaqişənin ilk günlərində olduğu kimi davam edir.

Belə konfranslardan birində çıxış edən ermənistanlı rəsmi regiondakı "sivilizasiya" fərqlərindən bəhs edib.

Ermənistanın mövqeyi barədə söhbət əsnasında qeyd olunur ki, münaqişəni hərəkətə gətirən "ekzistensial təhlükə"dir, bu amil işğal olunmuş ərazilər və asimmetrik status-kvodan irəli gələn məsələlərdən daha mühümdür.

Qeyd olunan yanaşma kompromis imkanlarını daha da məhdudlaşdırır.

Bununla yanaşı, rəsmi səviyyədə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi təmsil olunmasına yönələn cəhdlər də davam edir. Bu, separatizmlə üzləşən Azərbaycanın müqavimətinə tuş gəlir. Azərbaycan hesab edir ki, bu, bölgənin hüquqi statusunun leqallaşdırılmasına doğru atılan addımdır.

Beynəlxalq çərçivə tələsi...

Azərbaycanın fikrincə, beynəlxalq ictimaiyyət, Ukrayna-Rusiya münaqişəsindən fərqli olaraq, Ermənistana beynəlxalq sərhədlərin pozulmasına görə kifayət qədər təzyiq göstərmir.

Bundan əlavə, Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Ermənistanla CEPA (Hərtərəfli və Genişləndirilmiş Partnyorluq Razılaşması - CEPA, red.) razılaşmasını imzalayıb.

Öz növbəsində, ATƏT çərçivəsi qoşunların geri çəkilməsini digər tərəfin kompromisləri ilə şərtləndirir. Bu, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Təsadüfi deyildir ki, bu yaxınlarda (2019-cu ilin mart ayında New Yorkda) Ermənistan müdafiə nazirinin müavini David Tonoyan "ərazi qarşılığında sülh" şüarının "yeni ərazilər üçün yeni müharibələr" şüarı ilə əvəz ediləcəyini bildirib.

ATƏT-in vasitəçilər qrupu üç ölkəni bira araya gətirir. Bunlardan biri - hər iki tərəfə silah satan, hərbi-müdafiə sahəsində Ermənistanla əməkdaşlıq edən Rusiyadır. Onunla yanaşı qrupda ABŞ və Fransa təmsil olunub ki, hər iki ölkədə əhəmiyyətli təsirə malik erməni lobbisi mövcuddur.

Fotonun müəllifi KIRILL KUDRYAVTSEV/AFP/GETTY
Image caption Rusiya istər Ermənistan, istərsə də Azərbaycanın əsas silah təchizatçısıdır.

Avropa İttifaqı Şurası prezidentinin Cənubi Qafqaz ölkələrinə səfərindən sonra Ermənistan mətbuatı bildirirdi ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən Donald Tusk Ermənistana səfər edərkən "öz müqəddəratını təyin etmək prinsipi" barədə bəhs etməyib.

Çıxış yolları?

Aydındır ki, beynəlxalq ictimaiyyət arasında Minsk prosesinə dəstəkdən başqa, beynəlxalq davranış normaları vasitəsilə qətnamənin həyata keçirilməsi üçün kifayət qədər motivasiya və nəticə verən öhdəlik yoxdur.

Bu, tərəflərin üzərinə düşən məsuliyyət yükünü artırır.

Bu yaxınlarda BBC-də dərc olunmuş məqaləyə əsasən, ABŞ-ın münaqişəyə dair marağı, ilk növbədə, onun İrana mümkün təsirləri ilə izah olunur.

Həqiqətən də, Ermənistan və Qarabağla fəal ticarət edən İran mövcud status-kvonun birbaşa bəhrəsini görür.

Öz növbəsində, Dağlıq Qarabağ da bundan faydalanır. Çünki başqa qopmuş ərazilərdə olduğu kimi, "de-fakto dövlət" öz dövlət institutları və atributlarını yaradır.

Uzunmüddətli status-kvonun xeyrini görən daha bir ölkə də Rusiyadır.

Fotonun müəllifi MFA.GOV.AZ
Image caption Azərbaycan ATƏT Minsk qrupu çəriçivəsində aparılan danışıqlarda Dağlıq Qarabağın iştirakı barədə təklifləri rədd edir

O, ən minimum resurslarla "ekzistensial təhlükə" ideyasını istismar etməklə bölgədə öz hərbi, siyasi və iqtisadi mövcudluğunu artırmağa davam edir.

Qarabağ məsələsi bütün regionun rifahı və inkişafı yolunda duran maneədir.

Beləliklə, təhlükəsizlik məsələlərinə yenidən baxılmadan və münaqişənin qarşılıqlı razılığa əsaslanan uzun müddətli həllini tapmadan inqilabın nailiyyətlərinin möhkəmdirilməsi mümkün deyil.

İndi olduğu kimi, hərbi təzyiq altında müəyyən hədəflərə nail olmaq cəhdləri hərbi qazancları və münaqişənin aspektlərini qanuniləşdirmədən və inkar etməklə qarşılıqlı faydalı “razılaşma “ ilə əvəz edilməlidir.

Bu barədə daha geniş