"Süpürgəçilik edib ev almışam, niyə kürəkənin qapısında qalım?"

Video açılmırsa, YouTube-dan izləyin.

Hövsandakı bu qəzalı yataqxanada cəmi 5 ailə yaşayır.

Sakinlər deyir ki, bina 2017-ci ilin aprelində FHN mütəxəssisləri tərəfindən qəzalı göstərilib.

Burada yaşayan hər ailə üçün 35000 manat birdəfəlik maddi yardım veriləcəyi bildirilir.

Sakinlər Suraxanı Rayon İcra Hakimiyyətinin nəzərdə tutulan məbləği tam ayırmadığından qəzalı binada yaşamağa davam ediklərini deyirlər.

Sakinlərin etirazına səbəb binada yaşayan ailələrin sayı dəqiqləşdirilərkən ayrı-ayrı mənzillərdə yaşayan, qohum olan ailələrin bir ailə tərkibində göstərilməsi və 2 ailəyə 1 birdəfəlik maddi yardım ayrılmasıdır.

Sakinlər iddia edir ki, Suraxanı RİH birdəfəlik maddi yardımı ailələrə yaşadıqları və sahibi olduqları mənzillərə görə deyil, ailə sayına görə ayırıblar, lakin ailələrin sayını iki ailəni bir ailəni ntərkibində göstərərək azaldıblar.

Sakinlər bildirir ki, onların burdan köçməsi üçün binanın sanitar qovşaqları dağıdılır, pəncərələrini sökülür və su xətlərinə zərər verilir.

Binada qalan ailələrin sözlərinə görə, köçən ailələrdən bəziləri kirayədə yaşamağa məcbur olub.

Ailələrin hamısı məhkəməyə müraciət edib və bir ailə məhkəməni udub. Amma o da təzminatını ala bilmir.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə deyirlər ki, onlar nə təzminatın miqdarına, nə də ki, neçə ailəyə verilməsinə cavabdehdirlər.

Qurum binanın hər an uçabiləcəyini də bildirir.

Məsələ ilə bağlı Nazirlər Kabinetindən hələ ki, cavab almaq mümkün olmayıb.

Bu barədə daha geniş