Azərbaycan: qəzada itkin düşmüş hərbi pilotdan 7 gündür ki, xəbər yoxdur

Video açılmasa, YouTube-da izləyin.

Xəzər dənizi üzərində təlim-məşq zamanı radardan itmiş hərbi pilotdan 7 gündür ki, xəbər yoxdur.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, pilot və onun idarə etdiyi təyyarənin axtarışları hələ də davam etdirilir.

İyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.

Azərbaycanın Müdafiə Nazirliyi qəzaya uğradığı güman edilən hərbi təyyarənin axtarışına xarici mütəxəssislərin cəlb olunduğunu bildirir.

Fotonun müəllifi Orhan Akkanat/Anadolu Agency/Getty Images

Qurumun məlumatında deyilir ki, Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən peşəkar dalğıclar cəlb olunub.

Xəzər dənizinin hüquqi statusu razılaşması barədə nələri bilməliyik?

Eyni zamanda həyata keçirilən əməliyyatın əhatə sahəsi genişləndirilərək aidiyyəti qurumların gəmi, kater və aviasiya vasitələri də axtarışlarda daim iştirak edirlər.

Nazirlik bildirib ki, əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyənin aidiyyəti qurumlarına müraciət olunub və yaxın zamanda onların mütəxəssislərinin Azərbaycana gəlməsi gözlənir.

Fotonun müəllifi Müdafiə Nazirliyi
Image caption Müdafiə Nazirliyi iyulun 24-də qəzaya uğramış hərbi təyyarənin axtarışının həm yerli, həm də xarici mütəxəssislər tərəfindən aparıldığını bildirib.

Müdafiə Nazirliyi qəzaya uğramış təyyarənin, ilkin ehtimala görə, Xəzər dənizinə düşdüyü barədə məlumat yaymışdı.

"Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir", - Müdafiə Nazirliyi bildirib.

Hərbi Prokurorluq Hərbi Hava Qüvvələrinə aid təyyarənin qəzaya uğraması ilə bağlı "qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə" maddəsi ilə cinayət işi başladıb.

Qəzaya səbəb nə ola bilərdi?

BBC News Azərbaycancaya danışan hərbi məsələlər üzrə təhlilçi Üzeyir Cəfərov ehtimal edir ki, qəzanın səbəbini texniki amillərlə bağlı ola bilər.

"Daha dəqiq cavabı məsələni araşdıran komissiya verəcək. Lakin mən nisbəti belə verərdim: 95 faiz texnika, 5 faiz insan amili. Yəni, böyük ehtimalla, insan faktoru deyil. Yüksək hazırlıqlı pilotdur. Amma tam əminliklə deyə bilmərəm".

Onun sözlərinə görə, Sovet dövrünün texnikası olan MiQ-29 Ukraynada modernizə olunmuş təyyarədir.

"Ona yeni avadanlıq quraşdırılıb və 20-ci əsrin texnikasına yeni avadanlıq quraşdırılanda adaptasiya, yəni uzlaşma məsələləri yarana bilər".

Üzeyir Cəfərli bu hadisənin Azərbaycanda, müstəqilik dövründə 3-cü hal olduğunu deyir. 2008 və 2010-cu illərdə iki hərbi təyyarə qəzaya uğrayıb, 2008-ci ildə 2 pilot, 2010-da bir pilot həlak olub.

Bu barədə daha geniş