Neçə ağac əkmisiniz? Bakıda cavablar belə oldu

Video açılmırsa BU LİNKDƏ izləyin.

Efiopiyada bu həftə bir gündə 350 milyon ağac əkilib.

Bu ölkənin hökuməti bu yay 4 milyard ağac əkiləcəyinə söz verib və hər bir vətəndaşdan azı 40 ağac fidanı əkməsini istəyib. Ağaclar əkilən gün hökumət orqanlarında iş yerləri bağlanıb.

Alimlər deyir ki, dünya boyunca milyardlara ağac əkməklə, iqlim dəyişikliyi böhranının öhdəsindən gəlmək olar və bu, asan və ucuz başa gələr.

Azərbaycanda da bəzi təşkilatlar bəzən ağac əkmək kampaniyası keçirirlər.

Bəs insanlar nə qədər tez-tez ağac əkmək imkanına malik ola bilirlər? Bakıda sorğunu Günel Səfərova keçirib.