"Bir itin belinə qır töküb yandırıblar"- Azərbaycanda küçə itlərinin acınacaqlı həyatı

Video açılmırsa, YouTube-dan izləyin.

Bakı və regionların küçələrindəki itlər və pişiklər... Onların sahibi yoxdur, onların evi küçələrdir... Onları sevənlər də çoxdur, sevməyənlər də...

Son vaxtlar sahibsiz heyvanlara qarşı qəddar davranışlar və itlərin güllələnməsi ilə bağlı video görüntülər yayılır.

Azərbaycanda illərdir sahibsiz küçə heyvanlarının öldürülməsi ilə bağlı iddialar var.

Əvvəlcə bu işdə "Sobaçiy Yaşşik" adlı Sovetlər dönəmindən qalma qurum ittiham edilirdi.

Heyvansevərlər sahibsiz heyvanların güllələnməsi hadisələrində əsasən Bakı Şəhər İcra Hakimiyyətinin adını çəkir.

BŞİH isə öz işçilərinin itləri öldürmədiyini deyir.

Qurum sahibsiz heyvanlar məsələsini ciddi problem saydıqlarını deyir. Bu məsələ ilə ölkədə iki qurumun məşğul olduğu bildirilir.

Bunlardan birincisi "IDEA Heyvanlara Qayğı Mərkəzi" və "Toplan sahibsizi itlərə qayğı mərkəzi"-dir.

İlk qurumun təsisçisi ölkə prezidenti İlham Əliyevin qızı Leyla Əliyevadır.

İkinci qurum isə Leyla Əliyevanın vitse-prezidenti olduğu Heydər Əliyev Fondunun dəstəklədiyi layihə çərçivəsində fəaliyyət göstərir.

Bəzi vətəndaşlar "Toplan sahibsizi itlərə qayğı mərkəzi"-ni və onun işçilərini sahibsiz itlərlə qəddar davranışda ittiham edir.

Qurum isə ittihamlarla razı deyil.

Bu barədə daha geniş