Zaqatalada zəlzələ: təkrar təkanlar qeydə alınıb

Zaqatala Fotonun müəllifi Zaqata Rayon İcra Hakimiyyəti

Şənbə günü səhər saat 11:35 radələrində Zaqatala seysmoloji stansiyasından 18 kilometr cənub-qərbdə episentrdə maqnitudası 6 bal olan zəlzələ baş verib, Azərbaycan Seysmoloji Xidmət Mərkəzi bildirib.

Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən 5 km dərinlikdə olan episentrdə maqnitudası 6 bal olan zəlzələ ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Zaqatala seysmoloji stansiyasında zəlzələnin maqnitudası 4.9 bal hiss olunub.

Seysmoloji Xidmət Mərkəzi bildirir ki, zəlzələdən sonra iki afterşok (əsas təkandan sonra baş verən daha kiçik təkrar seysmik təkanlar) baş verib.

Onlardan biri saat 14:00-də, Zaqatala seysmoloji stansiyasından 14 km cənub-qərbdə baş verib və maqnitudası 3.4 bal olub.

Digəri isə, təxminən eyni ərazidə saat 15.22-də baş verib və episentrdə maqnitudası 4 bal olub.

Bundan iki gün əvvəl, Zaqatala seysmoloji stansiyasından 24 km qərbdə maqnitudası 3 bal olan bir zəlzələ olub, lakin bu zəlzələ hiss olunmayıb, Seysmoloji Xidmət Mərkəzinin saytında bildirilir.

Fövqəladə Hallar Nazirliyinə hələ ki, xəsarət alanların olması barədə məlumat daxil olmayıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş