Türkiyəli dalğıclar Xəzərdən MiQ-29-un qalıqlarını çıxarıb

MİQ-29 təyyarəsinin qalıqları Xəzər dənizindən çıxarılır Fotonun müəllifi Türkiyə Müdafiə Nazirliyi

MiQ-29 təyyarəsinə aid olduğu deyilən bəzi hissələr Xəzər dənizindən çıxarılıb.

Bunu Türkiyə Müdafiə Nazirliyi Twitterdəki rəsmi hesabında bildirib.

Bu məlumatda deyilir ki, Türkiyə Dəniz Donanmasının Sahil Axtarış-Xilasetmə Komandası ( SAK) tərəfindən Azərbaycan Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarəsinə məxsus parçalar çıxarılır.

"Havanın vəziyyəti ilə əlaqədar olaraq pilotun nəşi və təyarənin qara qutusunun axtarışları davam etdirilir", qurum bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri nə təsdiq, nə də təkzib edib.

MiQ-29 qırıcısının pilotu Rəşad Atakişiyevin ailəsindən BBC News Azərbaycancaya bildiriblər ki, "təyyarənin qalıqları demək olar ki, hər gün çıxarılır:

"Bizə də deyirlər ki, pilotun və təyyarənin qara qutusunun axtarışları davam edir".

Nə baş verib?

İyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.

Müdafiə Nazirliyi qəzaya uğramış təyyarənin, ilkin ehtimala görə, Xəzər dənizinə düşdüyü barədə məlumat yaymışdı.

Hərbi Prokurorluq Hərbi Hava Qüvvələrinə aid təyyarənin qəzaya uğraması ilə bağlı "qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə" maddəsi ilə cinayət işi başladıb.

Bu qəza Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı ikinci belə haldır.

Pilot Rəşad Atakişiyev kimdir?

Rəşad Atakişiyev Azərbaycan Hərbi Hava qüvvələrinin polkovnik-leytenantıdır.

Bu barədə daha geniş