"Bu dövlət rəssama 300-400 manat pulu niyə çox görür", Azərbaycan Hərb Tarixi Muzeyinin rəssamı

Video açılmırsa YouTube-dan izləyin.

58 yaşlı natiq Natiq Camal Əfşar rəssam-heykəltaraşdır.

O deyir ki, 25 ildir ki, Azərbaycan Hərb Tarixi muzeyində çalışıb və muzeyi yaradanlardan biridir.

Natiq Camal bildirib ki, muzeydə onun çalışdığı hərbi rəssamlıq bölməsi Müdafiə Nazirliyi tərəfindən 2018-ci ilin dekabrında ixtisar olunub.

Ona bildirilib ki, hərb tarixi muzeyində rəssama ehtiyac yoxdur.

Rəssam deyir ki, onun ixtisar edilməsində muzeyin rəhbəri Əzizağa Qənizadə ilə münasibətlərinin yaxşı olmaması rol oynayıb.

Onun sözlərinə görə, hərbi rəssamlıq bölməsinin ləğvi Azərbaycanın hərb tarixi formalaşdırılmasına çox vacib rol oynayır.

O hesab edir ki, Azərbaycan hərbi-vətənpərvərlik mövzusunda vacib olan hərbi rəssamlıq bölməsinin ləğvi ölkə üçün "utandırıcı" haldır.

Rəssam deyir ki, onu və daha üç rəssamı ixtisar ediblər və onlara bildiriblər ki, Zabitlər Evində onlar işlə təmin olunacaqlar, amma o qurum da onlara iş verməyib.

Natiq Camal deyir ki, sənətini milli saydığından xaricə mühacirət etmək istəmir.

Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə haqqında səslənən iddiaları əsassız sayıb və işlə bağlı qərarı Müdafiə Nazirliyinin verdiyini deyib.

Müdafiə Nazirliyindən isə rəssamın iddiaları barədə şərh almaq mümkün olmayıb.

Image caption Müdafiə Nazirliyi Hərb tarixi Muzeyindən hərbi rəssam işini ixtisar edib.

Bu barədə daha geniş