Əli Kərimlinin mühafizəçisi 30 sutka həbs alıb

Ruslan Əmirli Əli Kərimli Fotonun müəllifi Əli Kərimli
Image caption Ruslan Əmirli və AXCP sədri Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi Ruslan Əmirli çərşənbə günü Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib, AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov BBC News Azərbaycancaya bildirib.

O, "Ruslan Əmirlinin xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda ittiham olunduğunu" deyib.

"Ruslanın bacısı onkoloji xəstədir. Dünən (çərşənbə axşamı günü) Ruslan bacısının həyat yoldaşı ilə bilrlikdə Bakıda, Milli Onkologiya Mərkəzinin qarşısında gözləyərkən 7-8 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq, mülki maşınla qeyri-müəyyən istiqamətə aparılıb".

AXCP Ruslan Əmirlinin könüllü şərtlərlə mühafizəçi kimi fəaliyyət göstərdiyini deyir.

AXCP Gənclər Komitəsinin sədri iddia edib ki, Ruslan Əmirlinin həbsi "əslində onun Facebook fəaliyyəti ilə əlaqədardır".

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumatı BBC News Azərbaycancaya təsdiqləyib. Lakin cənab Hacıyev Ruslan Əmirlinin həbsinin detalları ilə bağlı məlumat verməyib.

"Detallar barədə məhkəmənin qərarından oxuya bilərsiniz. Qaldı ki, harasa aparılmasına, aparılmayıb, Ruslan Əmirli bölməyə dəvət olunub", qurum sözçüsü bildirib.

Emil Səlimov bildirib ki, "Ruslan Əmirli naməlum şəxslər tərəfindən aparıldıqdan sonra" sonra özünü "Fədailər Qrupu"nun rəhbəri kimi təqdim etmiş Fuad Muradov adlı şəxs baş vermiş hadisəni öz üzərinə götürüb.

"Fuad Muradov adlı şəxs deyib ki, hələ ardı gələcək. Lakin biz dünən bu açıqlamaya məhəl qoymadıq. Polisə məlumat verdik ailəsilə birgə, bununla yanaşı polis idarələrini axtarmağa başladıq. Ruslan 29-cu polis bölməsində tapıldı".

Cənab Səlimov deyib ki, "Ruslan Əmirli gecəni Yasamal rayon 29-cu polis bölməsində keçirib".

Bu barədə daha geniş