Venesuela Prezidenti Nicolas Maduro Bakıdadır

Maduro

Şəklin mənbəyi, @ViceVenezuela

Şəklin alt yazısı,

Nicolas Maduronu Bakıda Baş Nazirin müavini Əli Əhmədov qarşılayıb

Venesuela Prezidenti Nicolas Maduro Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak etmək üçün Bakıya gəlib.

Onu hava limanında Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov qarşılayıb.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.

"Buraya gəlməkdən və ləyaqət, üsyan və birlik haqqında çox güclü bir mesaj gətirməkdən məmnunuq. #NAM tarixi rol və əsas rol oynayır, bu mərhələdə o, ölkələrimizin müstəqilliyi, suverenliyi, ayrılmaz inkişafının bayraqdarı olmalıdır", ispandilli media Bakıya çatan prezident Maduroya istinadən yazır.

Şəklin mənbəyi, @ViceVenezuela

Qoşulmama Hərəkatı soyuq müharibə dövründə bir sıra dövlətlərin iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis olunub.

Təşkilatın hazırda 120 üzvü var. Eyni zamanda 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat da var. Qurumda idarəçilik rotasiya əsasında dəyişir.

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatının tam hüquqlu üzvü qəbul olunub.

Hazırki sammitdə 2019-2022-ci illər üçün QH-na sədrlik Azərbaycan Respublikasına keçəcək.