Elina Hacıyevanın ailəsi: "Demək ki, uşaqları öldürmək olar, vəssalam?"

Video açılmırsa, YouTube-dan izləyin.

İntihar etmiş məktəbli Elina Hacıyevanın işində təqsirləndirilən məktəb direktoruna 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.

Bakının Səbail məhkəməsində keçirilən məhkəmə prosesində çıxarılan hökmə görə, məktəb direktoru Sevinc Abbasova həm də Elina Hacıyevanın anasına 8 min 500 manat maddi və 10 min manat mənəvi ziyana görə təzminat ödəməlidir.

Sevinc Abbasova ona verilən ittihamları qəbul etmir.

Elina Hacıyeva 2019-cu ilin aprelin 4-də özünü təhsil aldığı 162 saylı məktəbin pəncərəsindən ataraq intihar edib.

O, xəstəxanaya aparılsa da, aldığı çoxsaylı zədələrə görə iki gün sonra orda vəfat edib.

Bu barədə daha geniş